Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / Bu gecə Azərbaycanda benzin bahalaşacaq? — RƏSMİ AÇIQLAMA

Bu gecə Azərbaycanda benzin bahalaşacaq? — RƏSMİ AÇIQLAMA

Bu gün axşam saatlarından etibarən Bakıda satılan “AI-95 Premium” markalı benzinin bahalaşacağı ilə bağlı məlumatlar yayılıb.
Məlumatlara görə, 0,93 AZN-ə satılan “AI-95 Premium” markalı benzin bundan sonra 1,10 AZN-a oalcaq. Bu məlumatlardan sonra ölkədə benzin bahalaşacağı ilə bağlı müəyyən söhbətlər yaranmağa başlayıb.
Məsələyə aydınlıq gətirmək üçün Tarif Şurası ilə əlaqə saxladıq. Tarif Şurasından Ölkə.Az-a bildirdilər ki, Azərbaycanın istehsal etdiyi benzin bahalaşmayacaq.
“Benzinin qiymətinin dəyişdirilməsilə bağlı Tarif Şurasına müraciət daxil olmayıb. Hazırda bununla bağlı hər hansı məsələ müzakirə olunmur”.
Qeyd edək ki, Tarif Şurası Azərbaycanda istehsal olunan mal və xidmətlərin qiymətini tənzimləyir. Azərbaycan isə “Aİ-92” markalı benzin istehsal edir. Bahalaşacağı deyilən “Premium Euro-95” markalı benzin isə xaricdən idxal olunur. Xaricdən idxal olunan məhsulların qiymətinin tənzimlənməsi Tarif Şurasına aid olmadığı üçün “AI-95 Premium” markalı benzin qiyməti də qurum tərəfindən tənzimlənmir.

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın