Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / “Bu cür əmr imzalamasından bəlli olur ki, Ermənistanın müdafiə naziri təlaş içindədir” – Elman Nəsirov

“Bu cür əmr imzalamasından bəlli olur ki, Ermənistanın müdafiə naziri təlaş içindədir” – Elman Nəsirov

“Ermənistanın müdafiə naziri Arşak Karapetyan Azərbaycan əsgərlərinin sərhədi keçəcəyi təqdirdə sərt addımlar atılması ilə bağlı əmr imzalayıb. Nazir qeyd edib ki, buna imkan verən erməni hərbçiləri də çox sərt cəzalandırılacaq. Ermənistanın yeni təyin olunan müdafiə nazirinin belə əmr imzalamaqda məqsədi maraqlıdır”.

Bu sözləri Azinforum.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

O, Ermənistanın yeni müdafiə naziri Arşak Karpatyanın sərhədlə bağlı açıqlamalarının qorxaqlıq nümunəsi olduğunu bildirib:

“Əvvəla, qalib Azərbaycan Ordusunun hərbi qulluqçularının sərhədi keçmək niyyəti yoxdur. Azərbaycanın qarşısında belə bir strateji məqsəd dayanmır. Azərbaycanın belə niyyəti olsaydı, bunu reallaşdırmaq üçün kifayət qədər şansı vardı. Azərbaycan bunu Tovuz döyüşləri zamanı, həmçinin 44 günlük müharibə dövründə edə bilərdi, lakin bizim hansısa dövlətin sərhədini keçmək niyyətimiz yoxdur. Digər tərəfdən, bu cür əmr imzalamasından bəlli olur ki, Ermənistanın müdafiə naziri təlaş içindədir. O, Azərbaycan tərəfindən darmadağın edilən Ermənistan ordusunun tör-töküntülərinə etibar etmir. Görünür, nazir fərqindədir ki, erməni silahlı qüvvələrinin müqavimət potensialı aşağıdır və Azərbaycan hərbçiləri sərhədi keçəcəyi halda, mübarizə adına heç bir şey edilə bilməyəcək. Buna görə də, nazir sərhəddəki erməni hərbçilərin çox sərt cəzalandırmaqla təhdid edir. Bununla da, nazir tabeliyində olan orduda vəziyyətin bərbad olduğunu etiraf edir. Əslində, 10 mindən çox fərarisi olan ordudan başqa vəziyyət gözləmək də mümkün deyil”.

Deputat bildirib ki, Azərbaycanın yaratdığı reallıq qarşısında aciz olan Ermənistan hakimiyyəti bu cür açıqlamalarla sadəcə gündəmdə qalmaq istəyir:

“Bu hadisə bir daha göstərdi ki, Ermənistan hakimiyyəti populist mövqe tutmaqda davam edir və bu cür açıqlamalarla gündəmdə qalmaq istəyir, amma reallıqlar başqadır. Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə öz tarixi missiyasını yerinə yetirib. Ordumuz indi dövlət sərhədlərimizi lazımi səviyyədə qoruyur və dövlət ərazimizin bütün hissələrində bayrağımızın dalğalanması üçün müvafiq addımlar atır. Çox yaxın perspektivdə hazırda bayrağımızın dalğalanmadığı ərazilərimizdə də bu ana şahidlik edəcəyik. Ali Baş Komandanın siyasi iradəsi, Azərbaycan xalqının prezidenti dəstəkləməsi və Azərbaycan Ordusunun qəhrəmanlığı, şücaəti ortadadır. Bu reallıqlar qarşımızda dayanan bütün hədəflərə çatmaq üçün münbit şəraiti təmin edir və Ermənistan nazirinin bəyanatının nə qədər sərsəm, absurd və mənasız olduğunu ortaya qoyur”.

Həmçinin oxuyun

Həmməruzəçi: “Azərbaycanı AŞPA-da görmək istəyirik, amma…”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Bu barədə …