Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / “Bu bəyanatları problemin hərbi yolla həlli perspektivi qarşısında sədd hesab etmirəm”

“Bu bəyanatları problemin hərbi yolla həlli perspektivi qarşısında sədd hesab etmirəm”

Avropa İttifaqı bu günlərdə Qarabağ problemi ilə bağlı yeni bəyanatla çıxış edib. Sözügedən qurum problemin hərbi yolla həlli perspektivinin olmadığını bildirib.

Məlumat üçün qeyd edək ki, Qarabağ probleminin hərbi yolla həlinin mümkünsüzlüyü fikrinə beynəlxalq qurumlar, aparıcı dövlətər tərəfindən tez-tez rast gəlinir.

Maraqlıdır, bu bəyanatları Azərbaycanın problemi hərbi yolla həll etmək yolu qarşısında formalaşan ciddi səd hesab etmək mümkündürmü? Yoxsa rəsmi Bakı bu kimi bəyanatları gözardı edib problemin hərbi yolla həllinə cəhd edə bilər?

Moderator.az -a açıqlama verən sabiq xarici işlər naziir Tofiq Zülfüqarov məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib:

“Bunlar yeni fikirlər deyil. Bu cür bəyanatlar həmişə səslənib. Bu bəyanatların zəif hissəsi ondan ibarətdir ki, əgər məsələnin hərbi yolla həlli perspektivi yoxdursa, o zaman problemin sülh yolu ilə həlli təmin edilməlidir. Lakin təəssüf ki, biz problemin sülh yolu ilə həlli istiqamətində də irəliləyiş görmürük. Biz görmürük ki, hansısa beynəlxalq təzyiqlər nəticəsində Ermənistanın radikal mövqeyi dəyişsin. Belə olan halda, təbii ki, sülh yolunun alternativi hərbi yoldur. Beynəlxalq qurumlar bu cür bəyanatalar səsləndirməklə həqqiətin yalnız yarısını deyirlər. Həqiqətin digər yarısı isə ondan ibarətdir ki, müharibəni istəmirsinizsə, o zaman problemin sülh yolu ilə həllini təmin edin.
Lakin bu bəyanatları problemin hərbi yolla həlli perspektivi qarşısında sədd hesab etmirəm. Çünki beynəlxalq qanunlara, BMT nizamnamələrinə görə aqressora qarşı hər bir ölkənin güc tətbiq etmək ixtiyarı var”.

Həmçinin oxuyun

“İran Azərbaycan və Ermənistan arasında razılaşmanı alqışlayır” – Kənani

“İran Azərbaycan və Ermənistan arasında delimitasiya komissiyasının iclasında əldə olunmuş razılaşmaları alqışlayır və tərəfləri regionda …