Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / “Bu bəla ilə xalqlı, iqtidarlı, müxalifətli birgə mübarizə aparmaq zamanıdır” – Tural Abbaslı

“Bu bəla ilə xalqlı, iqtidarlı, müxalifətli birgə mübarizə aparmaq zamanıdır” – Tural Abbaslı

“İndiyə qədər koronavirusla mübarizəni Azərbaycanın həm hökuməti, həm də əhalisinin yaxşı apardığı göz önündər”.

Bu barədə AĞ Partiyanın sədri Tural Abbaslı Musavat.com-a açıqlamasında bildirib. T.Abbaslı deyib ki, koronavirus həqiqətən də dünyanı ağuşuna alan qlobal bir bəladır. Artıq nəinki iqtisadi baxımdan zəif, hətta inkişaf etmiş Avropa ölkələri də bu bəla qarşısında aciz durumda qalıblar. Təbii ki, dünyanı ağzına almış bu virusun Azərbaycana da ayaq açması gözlənilən idi və elə də oldu: “Hələ nəzərə alsaq ki, koronavirusun əsas iki mərkəzindən biri olan İran İslam Respublikası bizim qonşumuzdur o zaman ölkəmizin necə həssas durumda olduğu bir daha açıq görünür. Bu bəla ilə xalqlı, iqtidarlı, müxalifətli birgə mübarizə aparmaq zamanıdır. Odur ki, biz AĞ Partiya olaraq bu məsələyə çox həssas yanaşdıq və bu mövzu ətrafında hansısa siyasi spekulyasiyalar etmədik. Əksinə insanları yersiz panikadan və ziyanlı arxayınlıqdan uzaq olmağa çağırdıq. Bu problemə layiq olduğu həssaslıqla yanaşmaq lazımdır. Nə panikaya qapılıb supermarkrtlərə, dükanlara hücum edərək dəlicəsinə ərzaq depolamaq, nə də heç nə baş vermirmiş kimi həmişəki kimi rahat və ehtiyyatsız davranmaq olmaz. Məncə bu məsələdə iqtidar-müxalifət fərqi qoymadan ümumi maraqlar daxilində davranmalı və dövlət təhlükəsizliyi rakursundan çıxış etməliyik. Deyə bilərəm ki, bu günə qədər nə xalqın, nə də müxalifətin hökumətin atdığı proflaftik tədbirlərə qarşı etiraz və narazılıqlarının şahidi olmamışam. Hər kəs vəziyyətin ağırlığının məsuliyyətini dərk edir”.

Partiya sədri ümid edir ki, bu bəladan qurtulana qədər də bu belə davam edəcək: “Buradan sizin vasitənizlə bir daha xalqa səslənərək istər həkimlərimizin, istərsə də aidiyyatı orqan və qurumların tapşırıq, qərar və tövsiyyəlırinə əməl etməyə özümüzün, ailəmizin, sevdiklərimizin və ən əsası xalqımızın sağlığını təhlükəyə atan davranışlara yol verməməyə çağırıram. Qoy uca Allah bizim xalqımızı və dünyanı tezliklə bu bəladan xilas etsin”.

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …