Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / “Bu addım regionda müharibəyə gətirib çıxara bilər” – Əfşar Süleymani

“Bu addım regionda müharibəyə gətirib çıxara bilər” – Əfşar Süleymani

“Trampn bu çirkin əməli qəti şəkildə bir terror aktı və beynəlxalq huquqa zidd olan hərəkətdir. Amerika dovləti buna beynəlxalq qaydalara uyğun olaraq cavab verməlidir”.

Bunu “Yeni Sabah”a açıqlamasında İranın Azərbaycandakı keçmiş səfiro, politoloq Əfşar Süleymani deyib.  İran İnqilabı Keşikçiləri Qvardiyasının (“Sepah”) “Quds” xüsusi bölməsinin rəhbəri, general Qasım Süleymaninin öldürülməsini şərh edən keçmiş səfir bildirib ki, beynalxalq təşkilatlar, xüsusilə BMT və dovlətlər bu terroru pisləməli, lazımi tədbirləri görməli  və qərar çıxarmalıdır.

“Qətiyyətlə İran Trampın bu insan haqlarına zidd olan əməlinin cavabini verəcəkdir . Bu hadisə İran-ABŞ arasındakı gərginliyi yumuşatmaq məqsədilə bəzi ölkələrin  çalışmalarını da donduracaq. Regionda vəziyyət daha da gərginləşə bilər  və  qarşıdurma davam edərsə, hətta müharibəyə də gətirib çıxara bilər.

Trampın nüvə sazişindən çıxması, İrana iqtisadi müharibə elan etməsi, terroru və terrorçuları dəstəkləməsi dünyanı, xususilə regionu daha da sabitsizliyə aparır. Tramp senat məhkəməsindən qaçmaq və seçkiqabağı özünə səs artırmaq üçün bu cinayətə əl atıb, amma istədiyinə çata bilməyəcək . Onun bu strateji səhvi  çox baha başa gələcək”.

Həmçinin oxuyun

Təbriz Musayev: “Molla rejimi heç vaxt Ermənistanla bağlı Rusiya, Türkiyə və Azərbaycanla həmrəy mövqedən çıxış etməz” 

“Cənubi Qafqaz ölkələri birgə səylərlə Ermənistanın Qərb təsirinin tramplininə çevrilməsinin qarşısını almaq üçün məsləhətləşmə formatı …