Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Britaniyanın dövlət naziri Azərbaycana gəldi

Britaniyanın dövlət naziri Azərbaycana gəldi

Böyük Britaniyanın Avropa qonşuluğu üzrə dövlət naziri Vendi Morton Azərbaycana ikigünlük səfərə gəlib.

Bu barədə britaniyalı nazir “Tvitter” hesabında yazıb.

Xanım Morton Bakıya ilk dəfə səfər etdiyini bildirib: “Salam Bakı, Azərbaycan! Qadın hüquqlarını inkişaf etdirmək, biznesdə və siyasətdə daha çox imkanlara sahib olmaları, şiddətdən müdafiələrini təmin etmək üçün Azərbaycan Xarici İşlər Nazirliyi ilə sıx əməkdaşlıq edəcəyəm”.

Qeyd edək ki, Azərbaycana ilk səfərində nazir Vendi Morton Prezident İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramov ilə görüşlər keçirəcək.

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …