Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Böyük Quruluş Partiyasının VI qurultayının erməni silahlı qüvvələrinin təxribatı ilə bağlı Qətnaməsi

Böyük Quruluş Partiyasının VI qurultayının erməni silahlı qüvvələrinin təxribatı ilə bağlı Qətnaməsi


12 iyul 2020-ci il tarixdə erməni silahlı qüvvələri Tovuz rayonu istiqamətində ərazilərimizi işğal etmək məqsədilə hücum edib. Baş vermiş bu qanlı təxribat bütün xalqımız kimi, Böyük Quruluş Partiyasında da dərin narahatlıq və düşmənə qarşı böyük hiddət doğurub. Düşmənin bu təxribatçı həmləsini dəf edərkən Azərbaycanın qəhrərman övladlarının şəhid olması və igid hərbçilərimizin yaralanması da ürək ağrısı ilə qarşılanıb. Şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza tezliklə sağlamlıqlarına qovuşmağı arzu edirik.
30 il bundan əvvəl məkrli düşmən Qarabağ bölgəsi və ətrafındakı 7 rayonu hədəf seçmişdisə, cəzasızlıq şəraitindən və böyük dövlətlərin ikili standartlarından ruhlanan Ermənistan, indi də Azərbaycanın digər ərazilərini işğal etməyə çalışır.
Ermənistanın yürütdüyü açıq işğalçılıq siyasəti bir daha sübut edir ki, onlar münaqişənin sülh yolu ilə həllində qətiyyən maraqlı deyil və havadarlarının dəstəyinə arxalanaraq güc yolu ilə Azərbaycanı təslimçi sülhə məcbur etməyi hədəfləyirlər.
Ermənilərin vandal fəaliyyətlərinə rəvac verən, onları yeni işğal planlarını gerçkləşdirməyə cəsarətləndirən beynəlxalq təşkilatların, ilk növbədə işğalçı ilə işğala məruz qalan arasında fərq qoymayan ATƏT-in Minsk qrupunun ikiüzlü siyasəti və böyük güclərin onilliklər ərzində problemin həllində maraqlı olmadıqlarını sərgilədikləri davranışlardır.
Ermənistanın və işğalçı ölkənin arxasında dayanan güclərin azğınlığına qarşı cəmiyyətin bütün təbəqələri vahid mövqedən çıxış etməli, düşmənə çoxdan gözlədiyimiz layqili cəzanın verilməsi üçün Ordumuza, əsgər və zabitlərimizə hərtərəfli dəstək verməliyik. Vətən və millət üçün belə həssas və həlledici günlərdə qəddar düşmənə qarşı cəmiyyətimizin bütün təbəqələri, ictimai, siyasi, ziyalı və yaradıcı təşkilaları, sıravi vətəndaşlar eyni mövqedən çıxış etməli, düşmənin diz çökdürülməsi, ona uzun müddət özünə gələ bilməyəcəyi dərs verilməsi, Milləti şərəfləndirəcək Qələbənin əldə edilməsi üçün üzərimizə düşən məsuliyyəti dərk etməliyik.
Xaqlımızın güvənc və qürur yeri olan Silahlı Qüvvələrimizin və bütünlüklə cəmiyyətimizin bu sınaqdan şərəflə, üzüağ və zəfərlə çıxacağına əminik.
Allah Vətənimizin müdafiəsi uğrunda apardığımız müqəddəs və haqq işimizdə Millətimizə yar olsun, Ordumuzu, əsgər və zabitlərimizi qorusun.

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …