Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / “Böyük bir dövlət acılı günlərdə özünü tək hiss etməməlidir…” – Rusiyada həlak olan neftçilərimiz anıldı (FOTOLAR)

“Böyük bir dövlət acılı günlərdə özünü tək hiss etməməlidir…” – Rusiyada həlak olan neftçilərimiz anıldı (FOTOLAR)

Dənizdə həlak olmuş neftçilərin xatirəsi yalnız ölkəmizdə deyil, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar tərəfindən anılır.

ASGA Rusiya nümayəndəliyinin sədri Toğtul Allahverdilinin Mia.az-a verdiyi məlumata görə, baş vermiş faciə Rusiyada yaşayan həmvətənlərimizi də yasa boğub:

“Dünən Moskvada yüzlərlə insan Azərbaycanın Rusiyadakı səfirliyin binasına gələrək itkin neftçilərimizi gərənfillərlə anıblar. Əksəriyyəti ÜAK, AMİİF və ASGA üzvləri və Moskvada təhsil alan Azərbaycanlı tələbələrdən ibarət olan mərasim iştirakçıları səfirlik binası garşısına gərənfillər goyarağ itkin düşmüş neftçilərimizin xatirəsini gözyaşları və dualarla anıblar. Səfirliyin binası qarşısında şamlar yandırılıb”. 

ASGA rəsmisinin sözlərinə görə, aksiyada iştirak edənlər arasında digər millətlərin nümayəndələri də olub:

“Səfirliyin müşaviri Vüqar İmaməliyev ÜAK içraçı direktoru İlqar Hacıyev gənc diaspor rəhbərləri Şamil Tağıyev və Toğrul Allahverdili çıxış edərək aksiya iştirakçılarına Azərbaycan xalıqı ilə həmrəylik nümayiş etdirdikləri üçün təşəkkür ediblər”.

Aksiyada Rusiya-Azərbaycan Dostluq Mərkəzinin direktoru Natalya Krasovskaya Rusiya cəmiyyətinin də Azərbaycan xalqı ilə birlikdə kədərləndiyini bildirib: “Bir insan kimi, böyük bir dövlət də acılı günlərdə özünü tək hiss etməməlidir, ona görə də bu gün biz burdayıq”.

 

Həmçinin oxuyun

Həmməruzəçi: “Azərbaycanı AŞPA-da görmək istəyirik, amma…”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Bu barədə …

Bir cavab yazın