Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Borrell: “Cənubi Qafqaz üçün səylərimizi gücləndirməliyik”

Borrell: “Cənubi Qafqaz üçün səylərimizi gücləndirməliyik”

“Avropa İttifaqı Cənubi Qafqazı təhlükəsiz, sabit və inkişaf edən bölgəyə çevirmək üçün səylərini gücləndirməlidir”.

Bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell “Twitter” səhifəsində yazıb.

Onun sözlərinə görə, Rusiyanın Ukraynaya qarşı təcavüzü müharibəni yenidən Avropaya qaytarıb:

“Bu gün biz Şərq Tərəfdaşlığına tamamilə fərqli cür baxırıq. Şərq Tərəfdaşlığı tərəfdaş ölkələrin çağırışlarına və müxtəlif ehtiyaclarına uyğunlaşdırılmalıdır.

Həmçinin, genişlənmə prosesinə paralel olaraq regional əməkdaşlıq vasitəsi kimi Şərq Tərəfdaşlığı siyasətini davam etdirməyi təklif edirəm”.

Həmçinin oxuyun

Təbriz Musayev: “Molla rejimi heç vaxt Ermənistanla bağlı Rusiya, Türkiyə və Azərbaycanla həmrəy mövqedən çıxış etməz” 

“Cənubi Qafqaz ölkələri birgə səylərlə Ermənistanın Qərb təsirinin tramplininə çevrilməsinin qarşısını almaq üçün məsləhətləşmə formatı …