Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Siyasət / Borçalı hərəkatında möhtəşəm dönüşün səbəbi

Borçalı hərəkatında möhtəşəm dönüşün səbəbi

Borçalı İctimai Cəmiyyəti (Birliyi) öz fəaliyyətinin yeni bir mərhələsinə qədəm qoyur
Bütövlükdə baş verən bu proseslərdə Gürcüstanda yaşayan soydaşlarmızın böyük gözləntiləri var.
2016-cı il iyunun 25-də Bakıda, Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycanda 1993-cü ildən fəaliyyət göstərən Borçalı İctimai Cəmiyyətinin növbədənkənar ümumi yığıncağı keçirilib.
Borçalı ictimai Cəmiyyətinin ilk yaradıcıları və rəsmi təsisçiləri- ağsaqqal şair-jurnalist Eyvaz Borçalı, professor Hidayət Nuriyevvə tanınmış jurnalist Şərif Kərimli tərəfindən çağrılan növbədənkənar konfransda 250 nəfərə yaxın nümayəndə – Borçalı əsilli ziyalı, elm adamı və nüfuzlu şəxslər iştirak edib.
Bu səbəbdən də çıxış edən əksər ziyalılar cəmiyyətin sədri Zəlimxan Məmmədlinin fəaliyyətinə xitam verilməsini və qurumun icra orqanının yenidən formalaşdırılmasını təklif ediblər.

Odur ki, çıxışların sonunda yığıncağın sədri Eyvaz Borçalı deyilən təklifləri nəzərə alaraq, sədrin fəaliyyətinə toplantı iştirakçılarının qiymət verməsini istəyib.
Nəticədə yekdilliklə Zəlimxan Məmmədlinin sədrlik fəaliyyətinə xitam verilib və “Borçalı” Cəmiyyətinin yeni rəhbərliyinin seçilməsi qərara alınıb.
Borçalı İctimai Cəmiyyətinin yeni sədri Kərəm Hətəm oğlu Məmmədli secildi.
“Borçalı” ictimai cəmiyyətinin təsisçilərinin təşəbbüsü ilə birliyin növbədənkənar ümumi yığıncağı keçirilib və 231 nəfər Borçalı əsilli insanın iştirak etdiyi iclasın yekdil qərarına görə rəhbərlik dəyişib. Bu barədə nə deyə bilərsiniz? Perspektivdə qurumun fəaliyyətində nə kimi yeniliklər gözlənilir?- “Yeni Sözçü”nün bu və diğər suallarını cavablandıran Borçalı ziyalılarının fikirlərini oxucularmızla paylaşırıq.
Borçalı İctimai Cəmiyyətin yeni sədri Kərəm Məmmədli bu barədə fikirlərini bizimlə bölüşdü:
“Perspektivdə Borçalı Cəmiyyəti Borçalının Azərbaycanla Gürcüstan arasındakı dostluq körpüsünə çevrilməsinə çalışacaq və sədrin kim olmasından asılı olmayaraq sözün əsil mənasında kollegial şəkildə,nizamnamənin tələb etdiyi müddəalar əsasında çalışacaq. Sədrin fəaliyyəti ildə bir dəfə çağrılan ümumi konfransda müzakirə ediləcək və 3 dəfədən artıq seçilməyəcək. Çünki Borçalıya xidmət göstərmək üçün mütləq bu adı daşıyan Cəmiyyətin sədri olmaq əsas deyil”.

 

deyanet
Borçalı  Cəmiyyəti idarə heyətinin uzvü Dəyanət Osmanlı:

” Qurumun keçmiş rəhbərliyi onu əsl missiyasından yayındırmış, siyasiləşdirmək yolunu tutmuşdu. Şübhəsiz bu da sonucda Borçalıda yaşayan insanlarımızın sosial-mənəvi durumunda əlavə problemlər yaratmışdı. Ona görə də ziyalılar bu təşəbbüslə çıxış etdilər ki, qurumun cox ciddi səhfləri müzakirə olunmalıdı. biz bunları aylarla araşdırdıq, müzakirə etdik və belə qənaətə gəldik ki, “Borçalı” ictimai cəmiyyəti qanuni əsaslarla fəaliyyət göstərməlidi. Borçalıdakı soydaşlarımızn problem və qayğılarının həllində təşəbbüskarlıq göstərməlidi. Azərbaycan və Gürcüstan dövlətləriinindostluq əlaqələrinin daha da möhkəmlənməsində fəal iştirak etməlidi. Və bildiyiniz kimi iclas böyük ruh yüksəkliyi ilə keçdi. yüzlərlə Borçalı əsilli insan keçmiş rəhbərliyin fəaliyyətinə etirazını bildirdi, yeni yönətimin seçilməsini tələb etdi. Sonunda da çoxlarının gözlədiyi düzgün qərar qəbul edildi. Qurumun rəhbərliyi dəyişdi, yeni İdarə Heyəti, Ağsaqqallar Şurası seçildi. Mən inanıram və özüm də çalışacağam ki, biz Borçalı insanlarının mədəni-mənəvi, təhsil, sosial və sair haqlarımızın qorunmasına, iki dos ölkə arasında münasibətlərə töhfə verə biləcək səviyyədə fəaliyyət göstərək. Bu işdə bütün cəmiyyət üzvləri birlik nümayiş etdirməlidir”.

elibala
Qeyrət Xalq Hərəkatının sədri Əlibala Əsgərov də suala münasibətini belə ifadə etdi:

“Şəxsən mən Qeyrət Xalq Hərəkatının sədri kimi bu 8 ildə cəmi bir dəfə Borçalı Cəmiyyətin ofisində Zəlimxan Məmmədli ilə görüşmüşük. O da Z. Məmmədlin Gürcüstana buraxılmadığı ərəfədə idi. Umumiyyətlə, Bizim hərəkatla Cəmiyyətin sabiq rəhbərliyi ilə qarşı tərəfin laqeyidliyi ucbatından hec bir qarşılıqlı əməkdaşlıq olmayıb və mən bunu acı təəssüf hissi ilə qarşılayıram. Artıq hesab edirəm ki, bağlar əməllicə qopmuş vəziyyətdə idi. Lakin bu gun vəziyyətin dəyişəcəyinə ümidlərmiz artıb. Biz Borçalı cəmiyyətinin yeni sədri Kərəm Məmmədli ilə gələcəkdə fəaliyyətmizi kordinə edəcəyik, kecmişin fəaliyyətsizliyinə bir dəfəlik son qoylacaqdır. İnanıram ki, bundan sonra cəmiyyət kimlərinsə monpoliyasına yox, orada yaşayan soydaşlarmızın problemlərinin həlli, ideya və arzularının həyata vəsiqə almasına xidmət edəcəkdir”.
Arzuman Loğmanoğlu

Həmçinin oxuyun

Köhnə siyahılar üzrə ictimai rəyə soxuşdurulan “politoloq” və “hərbi şərhçi”lərlə vidalaşmağın zamanıdır…

Bir dəfə yazdım ki, ölkədə ard – arda iki devalvasiya baş verdi, bir nəfər iqtisadçının …

Bir cavab yazın