Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / BMT TŞ Dağlıq Qarabağda atəşkəsə nəzarəti müzakirə etdi

BMT TŞ Dağlıq Qarabağda atəşkəsə nəzarəti müzakirə etdi

BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağda atəşkəsə nəzarətin təmin edilməsinin vacibliyini müzakirə edib.
Trend-in “TASS”a istinadla verdiyi məlumata görə, bunu oktyabr ayında Təhlükəsizlik Şurasına rəhbərlik edən Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya Dağlıq Qarabağla bağlı qapalı iclasın nəticələri üzrə jurnalistlərə açıqlamasında deyib.
V.Nebenzya bildirib: “Hazırda icranı (atəşkəs rejiminin icrasını – red.) təmin etmək lazımdır, bu ən aktual məsələdir, çünki müvafiq razılaşma əldə edilib, lakin icra edilməyib”.
Onun sözlərinə görə, əsas məsələ atəşkəsin icrasına nəzarətin necə təmin ediləcəyidir: “Əlbətdə ki, bu məsələ məsləhətləşmələr zamanı müzakirə olundu və Təhlükəsizlik Şurası yanaşmalarında kifayət qədər vahid mövqedən çıxış edib”.
Eyni zamanda V.Nebenzya regiona BMT-nin müşahidə missiyasının göndərilməsi üçün Təhlükəsizlik Şurasının xüsusi mandatının lazım olduğunu izah edib: “Bu sürətli bir proses deyil. Rusiyanın müdafiə nazirinin Ermənistan və Azərbaycandakı həmkarları ilə bu nəzarətin necə həyata keçirilə biləcəyini müzakirə etdiyi barədə məlumatlar olub”.
Daimi nümayəndə qeyd edib ki, müşahidə ATƏT-in missiyası tərəfindən də həyata keçirilə bilər: “Orada kimin olacağı və hansı vəzifəni icara edəcəyi – hələ müzakirə olunan bir məsələdir”.

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …