Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / BMT-nin Afrin “narahatlığına” Qaraquşdan cavab

BMT-nin Afrin “narahatlığına” Qaraquşdan cavab

Bizdə 4 milyon suriyalı olduğu vaxtda BMT çıxıb insan haqları ilə bağlı danışır. BMT əvvəlcə öz vəzifəsini yerin yetirsin.

Axar.az xəbər verir ki, bu sözləri BMT-nin Afrindəki əməliyyatlarda mülki vətəndaşların ölməsi ilə bağlı verdiyi açıqlama haqqında danışan Türkiyənin ehtiyatda olan general-leytenantı Ərdoğan Qaraquş deyib. O bildirib ki, BMT bu günə qədər vəzifəsini yerinə yetirsəydi, PKK Afrini ələ keçirməzdi:

“Afrin əvvəllər terrorçuların əlindəydimi? Deyildi. Müxalif qrupların əlindəydi. Amma sonra PKK oranı ələ keçirdi və 200 min insan Afrini tərk etmək məcburiyyətində qaldı. İndi oranı tərk edənlərin hamısı Türkiyədədir”.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun birgə həyata keçirdiyi “Zeytun budağı” əməliyyatının 58-ci günündə Afrin terrorçulardan təmizlənib. Afrində mülki şəxslərə və yaşayış binalarına heç bir ziyan dəymədiyini təsdiqləyən görüntülər olduğu halda, BMT açıqlama verərək, türk ordusunun havadan və qurudan təşkil etdiyi hücumlar zamanı Afrində çox sayda mülki vətəndaşın öldüyünü və yaralandığını bildirib.

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …