Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Blinken Ermənistan və Azərbaycana çağırış edib

Blinken Ermənistan və Azərbaycana çağırış edib

ABŞ Ermənistan və Azərbaycanı hərbi əməliyyatları dayandırmağa çağırır.

Bu barədə ABŞ Dövlət Departamentinin dövlət katibi Entoni Blinken adından yaydığı bəyanatda deyilir. 

“ABŞ Ermənistan və Azərbaycan sərhədində baş verən toqquşmalardan dərin narahatdır və buna görə də tərəfləri atəşi dərhal dayandırmağa çağırır”, – bəyanatda vurğulanıb.

Xatırladaq ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …