Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / “Bizi gözdən salmağa meyl etməyin” – Məzahir Pənahov

“Bizi gözdən salmağa meyl etməyin” – Məzahir Pənahov

“Özünüzü təbliğ edin, amma bizi də gözdən salmağa meyl etməyin”.

Bunu MSK sədri Məzahir Pənahov bu gün keçirilən iclasda deputatlığa namizəd Səməd Rəhimli və Nicat Qasımzadəyə deyib.

M.Pənahov bildirib ki, namizəd MSK-nı müraciətlərə baxmamaqda ittiham edir: “Siz iddia edirdiniz ki, Mərkəzi Seçki Komissiyası sizin müraciətinizə baxmır. Ancaq siz gördünüz ki, Mərkəzi Seçki Komissiyası sizin müraciətinzə daha ətraflı baxır. Siz çalışın, bizim fəaliyyətimizi şübhə altına almayın. Mən etiraz etmirəm. Siz özünüzü təbliğ edin, amma bizi də gözdən salmağa meyl etməyin”. /Report

Həmçinin oxuyun

MSK Azadlıq Partiyasını niyə siyahıdan çıxarıb? – Açıqlama

Mərkəzi Seçki Komissiyasının (MSK) 2023-cü ilin yekunu ilə bağlı açıqladığı məlumata görə Azərbaycanda dövlət qeydiyyatına …