Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Siyasət / “Biz Rusiya ilə o sənədi elə-belə imzalamamışıq” – Fərid Şəfiyev

“Biz Rusiya ilə o sənədi elə-belə imzalamamışıq” – Fərid Şəfiyev

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyevin “Yeni Sabah”a müsahibəsi:
 

– Prezident İlham Əliyev ötəngünkü çıxışında qeyd edib ki, səfərlərinin əsas istiqamətləri Avropadır. Həmçinin, vurğulayıb ki, Avropyala yeni sənəd imzalanır və onu da qeyd edib ki, Azərbaycan Avropa Birliyinin üzvü olmayacaq. Bizim Avropa ilə əməkdaşlığımızın son həddi nə qədərdir?

– Bunun cavabı çox sadədir. Dövlət başçısının qeyd etdiyi Avropayla imzalanacaq olan sənəd ki, var, hansı ki, hazırlanır, bu mərhələdə bizim hədəfimiz həmin sənədin hazırlanmasıdır. İndilik prioritet budur.

– Görünülən odur ki, Ermənistanla Azərbaycan arasında vasitəçilik prosesində artıq daha çox Avropaya üstünlük verilir. Üstəlik, konfransda verilən suallardan biri də Şuşa Bəyannaməsi və Moskva Bəyannaməsinin imzlanması haqqında olan sual idi. Moskva Bəyannaməsi Milli Məclisdə ratifikasiya olunmayıb. Bu, artıq Rusiya ilə məsafə saxlamaq anlamınamı gəlir?

– Məsafə deməzdim. Sadəcə Rusiyanın sülhmərmalı fəaliyyəti bağlı bir sıra problemli məsələlər var. Amma ratifikasiya məsələsi texniki bir məsələdir. Biz o sənədi elə-belə imzalamamışıq. Oradan irəli gələn məsələlər var. Xüsusən də Azərbaycanın ərazi bütövlüyü, eləcə də terrorizm və separatizmə qarşı həmin bəyannamədə maddələr var. Ona görə də, gec-tez bu bəyannamə ratifikasiya olunacaq.
 
–  Dövlət başçısı, həmçinin, üçtərəfli platforma təklifi ilə də çıxış edib. Xatırtlayırsınızsa, əvvəl də “Qafqaz evi” adı altında yeni bir platformanın yaradılması planlaşdırılırdı. İndi perspektivdə Ermənistanla eyni platformada olmaq nə dərəcədə realdır?

– Biz faktiki olaraq bundan əvvəl də “3+3” formatında bunu təklif etmişdik. Sadəcə artıq görünür ki, “3+3” işləməyəcək, çünki Gürcüstan qoşulmur. Ona görə də, bizim üçün Gürcüstanın iştirakı vacibdir. Həmin bu Cənubi Qafqaz üçlü platforması isə sadəcə imkan yaradacaq ki, üç ölkə bir yerə gəlib bir sıra məsələləri müzakirə etsin. Platformanın hədəfi budur.

Həmçinin oxuyun

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasının ildönümüdür

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il keçir. 2023-cü il aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası …