Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / “Biz mandatı Oxford, Harvardda qazanmamışıq”

“Biz mandatı Oxford, Harvardda qazanmamışıq”

Millət vəkili Etibar Əliyev Feysbukda “Komedixana” verilişini və orada çıxış edən aktyorları tənqid etmişdi. Layihədə rol alan aparıcı-aktrisa Xəyalə Quliyeva isə deputata sərt cavab vermişdi. O, öz cavabında deputat haqda “siz qapı-qapı gəzib, seçicilərinizə bülleten paylayıb, sizi seçməklərini xahiş edirdiz” deyə bildirib.

Qalmaqalla bağlı millət vəkili Məlahət İbrahimqızı Yenisabah.az-a açıqlamasında bildirib ki, nə deputata, nə də özünə hörmət edən heç bir vətəndaşa ədəb-əxlaq normalarından kənara çıxmağa və kimisə təhqir etməyə icazə verilmir:

“Bəli, bu gün çox təəssüflər olsun ki, televiziyalarda bayağı, Azərbaycanın nadir mədəniyyətini, adət-ənənələrini unutduran verlişlər çoxdur”.

Deputat Xəyalə Quliyevayanın dedikləri haqda bildirib: “Bəli, deputat qapı-qapı gəzməlidir, millətinin hər bir vətəndaşının ayağına getməli, onların qayğısına qalmalı, onların razılığını almalıdır. Bizlər Oxford, Harvard universitetində qazanmamışıq bu mandatı, mandatı bizə seçici – vətəndaş verir”.

Həmçinin oxuyun

MSK Azadlıq Partiyasını niyə siyahıdan çıxarıb? – Açıqlama

Mərkəzi Seçki Komissiyasının (MSK) 2023-cü ilin yekunu ilə bağlı açıqladığı məlumata görə Azərbaycanda dövlət qeydiyyatına …