Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / “Biz hadisələrin istənilən inkişaf ssenarisinə hazırıq, o cümlədən danışıqlara”

“Biz hadisələrin istənilən inkişaf ssenarisinə hazırıq, o cümlədən danışıqlara”

Ermənistanın baş naziri Nikol Paşinyandan  Azərbaycanla həmsərhəd Tavuş vilayətində jurnalistlər Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlar və prezident İlham Əliyevlə görüş barədə hansı yeni xəbərin olduğunu soruşublar.

Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, Paşinyan “konstruktiv danışıqlara hazır olduğunu” bildirib.

“Mən əvvəl də demişəm ki, biz hadisələrin istənilən inkişaf ssenarisinə hazırıq, o cümlədən danışıqlara. Fikrimcə hamı başa düşür ki, Qarabağa dair siyasi danışıqların bərpası üçün xüsusən indiki siyasi situasiyada hazırlıq mərhələsi , hansısa zəmin lazımdır. Biz Qarabağa dair konstruktiv məcrada siyasi danışıqları davam etdirməyə hazır olduğumuzu ifadə etmişik-üzərimizə götürdüyümüz siyasi öhdəliklər çərçivəsində və Ermənistanın maraqları kontekstində”-Nikol Paşinyan deyib.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …