Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / “Birinci xanımın məşəlini xanəndənin yandırması muğam ifaçılarına bir jest idi”

“Birinci xanımın məşəlini xanəndənin yandırması muğam ifaçılarına bir jest idi”

“Birinci xanımın məşəlini xanəndənin yandırması muğam ifaçılarına bir jest idi”.
Bunu AzVision.az-a açıqlamasında ötən gün Avropa Oyunlarının məşəlini daşıyan Xalq artisti Arif Babayev deyib.
Birinci xanımın məşəli alovlandıran A.Babayev buna görə çox sevindiyini bildirib: “Hamı qəlbdən sevinirdi. Hər şey qaydasında keçdi. Dünən mən bir daha qürur duydum ki, Azərbaycanda anadan olmuşam. Avropa Oyunlarının ölkəmizdə keçirilməsi qürurverici hadisədir.
Mənim Mehriban Əliyevanın məşəlini yandırmağım onun muğama olan diqqətindən irəli gəlir. Birinci xanım bir daha muğam sənətinə olan qayğısını göstərdi. Mehriban Əliyeva heç vaxt muğamı yaddan çıxartmır. Gəncləri də , yaşlıları da. Burada da onun məşəlini yandırmaq mənim bəxtimə düşdü. Buna görə, xoşbəxtəm. Mən də xanəndələrin, milli musiqimizin adından məşəli Mehriban Əliyevaya ötürdüm. Çox sevincli idim”.
Xalq artistinin sözlərinə görə, məşəl danışan zaman birinci xanım onu təbrik edib.

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın