Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / “Bircə o qalıb ki, deyək, Xocalı faciəsini də biz törətmişik…” — İqbal Ağazadə

“Bircə o qalıb ki, deyək, Xocalı faciəsini də biz törətmişik…” — İqbal Ağazadə

Azərbaycan torpaqlarını kimsə satmayıb. Torpaqları Azərbaycan oğullarından hansısa təslim etməyib. Torpaqları Ermənistan işğal edib. Biz işğalçının yükünü vətəndaşlarımızın üzərinə yığmamalıyıq, günahlandırmamalıyıq. Bəli, bilirik ki, Prezident, Milli Məclisin sədri, Baş Nazir, nazir, komandir, general, əsgər kimi vəzifələrinin öhdəsindən gəlməyənlər, məsuliyyətlərini dərk etməyənlər olub. Amma heç kəs torpaq satmayıb, vətən xaini olmayıb”.

Demokrat.az-ın xəbərinə görə, bunu Ümid Partiyasının sədri, sabiq deputat İqbal Ağazadə  deyib.

İ.Ağazadə qeyd edib ki, torpağı Ermənistan və onun himayədarları işğal ediblər: “Biz mütləq işğala son qoyacağıq. Yetər ki, Azərbaycan vətəndaşları bir-birilərini satqınlıqda ittiham etməsinlər. Az qala bütün faciələrin bütün faicələrin kökünü özümüzdə görürük, işğal faktorunu özümüzünkülərlə bağlayırıq. Bircə o qalıb ki, deyək, Xocalı faciəsini də biz törətmişik, Laçını da, Şuşanı da, Ağdamı da, Cəbrayılı da, Qubadlını da, Zəngilanı da, Füzulini də, Kəlbəcəri də biz vermişik… Bu nə yanaşmadır?! Öz vətəndaşlarımızı satqınlıqda ittiham etməklə erməninimi təmizə çıxarırıq?! Bu, yanlış yanaşmadır, durdurulmalıdr. Müharibəyə başlayacağıq və torpaqlarımızı işğalda azad edəcəyik. Kəlbəcəri almaq üçün 5 min insan lazımdırsa, verəcəyik… 50 min gərəksə də… Şuşanı almaq üçün həmçinin. Bunun üçün 100 min insanın canından keçməliyiksə, keçəcəyik…”

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …