Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Bir sinifdən 900 manat yığan direktor danışdı “Dilənçi deyiləm…”

Bir sinifdən 900 manat yığan direktor danışdı “Dilənçi deyiləm…”

“290 nömrəli məktəbin direktoru “Müəllimlər günü” ilə bağlı adı çəkilən ümumtəhsil müəssiəsində bir sinifdən 900 manat məbləğində pul yığılmasına münasibət bildirib”.
Suraxanı rayon, Səməd Abdullayev adına 290 saylı orta məktəbin direktoru Rahidə İsmixanova  bildirib ki müəllimlər günü ilə bağlı məktəbin heyətinə belə bir tapşırıq verməyib.
“Mən gecələr rahat yatmaq istəyirəm. Pul yığılması ilə əlaqədar tapşırıq verməmişəm. Hər il olduğu kimi bu ildə sinif rəhbərlərinə pul yığılmaması üçün lazım olan sözlərimi demişəm. 16 ildir ki məktəb direktorluğu ilə məşğulam. Nəyə görə belə bir yola əl atmalıyam?! Mən dilənçi deyiləm”. R. İsmixanova deyib.
Direktor əlavə edib ki, pul yığılması faktları ilə bağlı valideynlər saytlara yox, məktəb rəhbərlliyinə müraciət etməlidirlər. Həmçinin, valideylərin bu məsələ ilə bağlı hər-hansı şikayəti varsa Təhsil Nazirliyinin “146” saylı “qaynar xətt”inə məlumat versinlər.
Qeyd edək ki, Suraxanı rayon, Səməd Abdullayev adına 290 saylı orta məktəbin valideynləri məktəbin direktoru, onun qadın müavinləri və müəllimlər üçün pul yığıldığını deyiblər. Məlumata görə, ibtidai sinif şagirdlərinin hər birindən müəllimlər arasında bölünmək şərti ilə 20 manatdan pul yığılır. Direktor və “zavuç” üçün isə 10 manata yaxın məbləğ istənilir. Bir sinifdə 30 şagirdin olduğunu nəzərə alsaq, bu rəqəm 600 manat edir. Hər bir sinifdən direktor və “zavuç” üçün isə 10 manatdan yığılsa, direktorun bir gün ərzində nə qədər yüksək məbləğ əldə etdiyini təsəvvür etmək o qədər də çətin olmur.
Sözügedən məktəbin valideynləri bildirir ki, bu hal artıq illərdir davam edir: “Hər il nazirlik xəbərdarlıq edir ki, pul yığılan məktəblərlə bağlı 146 saylı “qaynar xətt”ə məlumat verin. Biz də keçən il xəttə zəng etdik, şikayətimizi bildirdik. Dərhal nazirlikdən gəldilər, onlar gedəndən sonra isə məktəbin qapısına gözdən pərdə asmaq üçün bir kağız yazıb yapışdırdılar. Guya məktəbdə pul yığmaq qəti qadağandır. O yazının altından isə müəllimləri sıxışdırıb, valideynlərdən pul yığırdılar. Nazirliyin xəttinə zəng etməklə bir çarə edən olmur. Məktəbdə 1 uşağı oxuyan ailələr üçün bəlkə asan ola bilər. Amma elə ailə var ki, 3 uşağı oxuyur. Bu da təxminən 100 manat pul edir. İndiki şəraitdə 100 manat az məbləğ deyil”.
Məlumat üçün bildirək ki, bir neçə gün əvvəl Təhsil Nazirliyi “Müəllimlər günü” ilə bağlı xəbərdarlıq yaymışdı.
“Bununla bağlı kimsə anonim olmadan nazirliyin 146 saylı “qaynar xətt”inə məlumat verərsə və fakt araşdırma zamanı təsdiqini taparsa, həmin müəllim və ya məktəb direktoru dərhal vəzifəsindən azad olunacaq”, – deyə məlumatda qeyd olunurdu.(sonxeber.az)

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …

Bir cavab yazın