Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Siyasət / “Bir neçə gün sonra çevriliş olacaq, hətta prezidentin ofisini tutmaq planı var…” – İDDİA

“Bir neçə gün sonra çevriliş olacaq, hətta prezidentin ofisini tutmaq planı var…” – İDDİA

Ukrayna Ali Radasının deputatı ölkədə bir neçə gün sonra dövlət çevrilişinin baş verəcəyini anons edib.

Ukrayna KİV xəbər verir ki, “Müxalifət platforması-Həyat naminə” partiyasından deputat İlya Kiva çevrilişin avqustun 24-də, Müstəqillik günündə baş verəcəyini deyib. Onun sözlərinə görə, keçmiş prezident Pyotr Poroşenko millətçilərin köməyi ilə Kiyevə yürüş təşkil edib hakimiyyəti ələ keçirmək istəyir.

“Poroşenko bir neçə inzibati binanın, ola bilsin hətta prezidentin ofisinin zəbt edilməsinə, növbədənkənar prezident və parlament seçkilərinin keçirilməsinə çalışır”,-o deyib.

Deputat iddia edib ki, Poroşenkonun inqilab komandasına milli təhlükəsizlik və müdafiə Şurasının keçmiş katibi Aleksandr Turçinov, “Sağ sektor” millətçi təşkilatının eks rəhbəri Dmitri Yaroş daxildir. Onun sözlərinə görə, millətçi yaraqlılara bir neçə milyon dollar ayrılıb və “Azov” könüllü batalyonunun üzvlərinə dövlət binalarını ələ keçirmək tapşırılıb.

“Poroşenko başa düşür ki, cəzadan yayınmağın və taladığı sərvətin qorunmasının yegan yolu dövlət çevrilişi həyata keçirməkdir”,-deputat deyib.  /Virtualaz.org

Həmçinin oxuyun

Həmməruzəçi: “Azərbaycanı AŞPA-da görmək istəyirik, amma…”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Bu barədə …