Ana səhifə / Cəmiyyət / Bir “jurnalist” minlərlə adamı söyməyə haqq edirmi… – Niyə məhz “ARAZ”?

Bir “jurnalist” minlərlə adamı söyməyə haqq edirmi… – Niyə məhz “ARAZ”?

Jurnalist olmağımız başımıza bəla olub. Artıq bu şərəfli peşənin adından irəli gələn bəzi imtiyazlara yiyələnmək, KİV nümayəndəsi adı ilə toxunulmazlıq immuniteti qazanmaq kimi istəkləri reallaşdırmaq bəzi işbazların əlinə sadə vasitəyə çevrilib. Bunun üçün FB-də bir profil açmalısan , sonra domen alıb ağlına gələn bir adı seçirsən, ən axırıncı mərhələdə hansısa dizaynerə 200 manat verib sayt yığdırırsan. Vəssəlam, oldun jurnalist. Yalnız pul qazanmağı qarşılarına məqsəd qoyan və bu şərəfli peşə ilə yaxından- uzaqdan heç bir əlaqəsi olmayan belə məxluqların vurduğu ən böyük zərbə məhz bizim kimi peşəkarlaradı. Belələrinin sayı o qədər çoxdur ki, hətta hüquq-mühafizə orqanlarının onların zərəsizləşdirilməsi istiqamətində atdıqları addımlar, gördükləri tədbirlər problemi kökündən həll etmir. İctimai qınaq isə bu adamlar üçün ümumiyyətlə əhəmiyyət kəsb etmir. Vəziyyətin belə olduğunu bildiyim üçün uzun müddətdi bu mövzuya toxunmurdum. Çünki hesab edirəm ki, media aləmindəki bəzi özbaşınalıqları yoluna qoymaq mütləq mənada inzibati addımların atılmasını tələb edir. Praktika göstərir ki, məqsədlərinə çatmaq üçün mediadan çətir kimi istifadə edən belə adamlar barədə görülən tədbirlərə, onların həbsə salınmasına ictimaiyyət mənfi reaksiya vermir və qətiyyan bu addımlar söz azadlığına müdaxilə kimi dəyərləndirilmir. Əksinə, belə lazmımi tədbirləri görən qurumlara böyük ictimai dəstək qazanmış olur.
Mövzuya toxunmağımın səbəbi sadə deyil. Heç vaxt iqtisadi mövzulardan yazmamışam. Bu bayram günlərində rastlaşdığım konkret situasiya məni bizim üçün utancverici sayıla biləcək bir mövzudan yazmağa körükləyir.
Yaxın bir qohumumuzun həyəcanlı şəkildə mənə etdiyi bir zəng bütün bayram əhvalımı pozdu. Halal yolla dolanan bu ailənin qız övladlarından biri evlərinə yaxın olan “Araz” adlı supermarketdə işləyir. İndiyə qədər qız normal şəkildə işə gedib-gəlib. Bu günlərdə qız işə getməyəcəyini deyib. Atası səbəbini soruşanda hönkür-hönkür ağlayıb. Ailə bu vəziyyətdən çox narahat olub. Qız işə getməməyinin səbəbini açıqlamaq istəməyib. Belə olan halda, ailənin başçısı qızın işlədiyi marketə yollanıb. Orda ataya bildiriblər ki, onun qızı ilə bağlı işdə heç bir problem yaşanmayıb. Nəhayət, qız bildirir ki, ətrafında olan tanışları onun heç də yaxşı yerdə işləmədiyini deyirlər və bu məlumatları hansısa jurnalistin “”Feysbuq”da yazdığından oxuyublar. Bilirsiniz ki, media ilə əlaqəsi olmayan sadə insanlar jurnalistlərin necə təsnifatlandırılmasından məlumatsızdırlar. Onlar elə bilir ki, özünü bu adla təqdim edənlərin hamısının yazdığına inanmaq olar. Qohumum da mənim jurnalist olduğumu bildiyi üçün, elə ilk qəzəbini mənim üstümə tökdü: “Bunu yazanların əxlaqı, tərbiyyəsi, doğmaları varmı? Ona kim haqq verib ki, ümumi şəkildə hamını söysün?”

 

Atanın bu isterik halını gördükdən sonra, həmin yazının kim tərəfindən yazıldığı ilə maraqlandım. Sən demə, əsərin “qəhrəmənı” özünü jurnalist kimi təqdim edən və mənim adını birinci dəfə eşitdiyim Tural Abdullayev adlı “jurnalistdi”. Bu istiqamətdə apardığım araşdırmadan sonra məlum oldu ki, bu adamın fəaliyyətinin bütün anlamda jurnalistikaya heç bir aidiyyati yoxdur. Aydın görünür ki, medianın nisbətən az diqqət ayırdığı boşluğu tutmaq üçün, iri marketlərdən reklam adı ilə xərrac toplamaq qərarına gəlib. Bunu nədən hiss etdim? Deməli, bu adamın səhifəsindən apardığım araşdırmadan sonra məlum oldu ki, “Supermarketinq.com” adlı bir sayt sırf ona məxsusdur. Düzdür, bəzi yerlərdə bunun belə olmadığı görüntüsün yaratmağa çalışsa da, saytın onun tərəfindən idarə olunduğunu sübut etmək heç də çətin deyil.

 

 Saytın adından da göründüyü kimi, iri marketlərdən yazmaq üzrə ixtisaslaşıb. Həmin saytda və Tural Abdullayevin öz səhifəsində bir çox iri supermarket şəbəkələrinin reklamına rast gəlmək mümkündür. Jurnalist olduğumuz üçün bilirik ki, Tural Abdullayev heç vaxt həmin məzmunlu reklamları təmannasız saytına yerləşdirməz. Reklamlar rəsmi qaydada sənədləşdirilibsə, bunun heç bir problemi yoxdur. Təbii ki, vergisini ödəyirsə(?) Həmçinin hiss edilir ki, Tural Abdullayev həm sayt, həm də şəxs olaraq bəzi supermaketlərin açıq piarını aparır. İqtisadiyyatda rəqabətin olması təbiidir və klassik qanunlara görə, sağlam rəqabətdən həm də, inkişaf doğur. Bu baxımdan da, paytaxtda və digər iri şəhərlərdə öz filiallarını açan supermaketlərin bazarı ələ keçirmək üçün apardığı sağlam rəqabətə heç kim irad tuta bilməz.
Ancaq görünür ki, Tural Abdullayev gah jurnalist, gah marketoloq, gah “piarşik” kimi özünü bu rəqabət mühitinə soxaraq heç bir əxlaqi kriteriyalara uyğun gəlməyən fəaliyyətlə məşğuldur. “Həmkar”ımın fəaliyyətində qohumum tərəfindən qınağa tuş gəldiyim “Araz” marketi mövzusu ilə maraqlandım. Bəlli oldu ki, turalşunaslıqda bu ad yalnız mənfi istiqamətdə hallandırılır. Onun səhifəsində və rəhbərlik etdiyi saytda bu marketin müsbət mənada reklamına rast gəlinmir. Əksinə, bütün fəaliyyəti boyu “Araz” plagiatlıqda təqsirləndirilir. Hansısa marketin fəaliyyətini tənqid etmək olar, necə ki, zamanında biz də etmişik və konkret faktlar olanda yenidən edəcəyik . Ancaq bunun fonunda orada işləyən minlərlə insanı küçə söyüşlərilə təhqir etmək, heç bir əxlaqi, jurnalist kriteriyaları ilə uzalaşmır. Bunları təsadüfən yazmadım. Bəli, barəsində bəhs etdiyim insan öz maraqlarının təmin olunmasına görə, küçə uşağına xas olan jarqonların işlədilməsindən belə çəkinmir və bu fəaliyyətinə görə minlərlə insanı təhqir edir, hətta başqalarının ocağına qanqaraçılıq salır. Ola bilər ki, bu tənqidimizdən sonra Tural həmin söyüşləri səhifəsindən silsin. Amma fakt olaraq onların “screenshot”larını saxlayırıq. Onun tərəfindən yazılan söyüşlərin fotolarını sayta ona görə yerləşdirmirik ki, birdən Turalın yaxınlarının da qarşısına çıxar və adekvat cavabın ala biləcəyinə görə, nəsil-nəcabət də onu lənətləmiş olar.
İlkin gəldiyim qənət budur ki, Tural Abdullayevin hansısa təkliflərinə “Araz” yox deyib. Bu səbəbdən də, həmin market belə söyüşləri eşitməyə məhkum durumda qalıb. Ancaq rəqabətdə olan bir marketi tərifləyib, digərini isə söymək jurnalist tərəfsizliyinə qətiyyən uyğun deyil. Bu fəaliyyət eyni zamanda qanunvericiliklə də qadağandır. Bəs, belə olan təqdirdə Antiinhisar Departamenti hara baxır? Biz məsələyə yalnız publisistik janrdan yanaşdıq. Qalan işlər isə “Araz”ın öz insafına qalır.
Ancaq maraqlıdır, “Araz” supermarketlər şəbəkəsi niyə belə hallarla bağlı susur?
Niyə onunla rəqabətdə olan marketlərdən Turalı reklamla bəsləmələrinin səbəbi sorulmur?

Axı, onların stimullaşdırdığı fəaliyyətdə bu adam “Araz” da işləyən bütün kollektivi ən tərbiyyəsiz ifadələrlə təhqir edir?
Niyə “Araz” minlərlə işçisinin hansısa bir Tural tərəfindən söyülməsilə bağlı məhkəmələrə, hüquq mühafizə orqanlarına şikayət etmir?
Ən maraqlısı isə budur ki, niyə “Araz” Tural Abdullayev adlı məxluqun onları və tabeçiliyində olanları söyməsinin nədən qaynaqlandığının əsl səbəbi barədə mediaya açıqlama vermir?
Biz “Araz”ın şərəfini  qorumaq məsələsini öz üzərimizə götürə bilmərik. Bununla bağlı hansı tədirləri görməyin zəruriliyini onların rəhbərliyi bizdən yaxşı bilir. Ancaq yalnız “Araz”da işlədiklərinə görə  təhqir olunanlarla bağlı suallarımıza onlardan cavab almağa çalışacayıq.

Çinarə SEYİDOVA
Azinforum.az

Həmçinin oxuyun

Avropa İttifaqı Bakının iddialarını rədd edir

“Əsas diqqət Ermənistanla ikitərəfli əməkdaşlığa yönəldiləcək” Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə mətbuat …

Bir cavab yazın