Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / “Bir dənə də olsun dövlətin xeyrinə qərar qəbul olunmayıb” – Siyavuş Novruzov

“Bir dənə də olsun dövlətin xeyrinə qərar qəbul olunmayıb” – Siyavuş Novruzov

“Azərbaycan demokratik, açıq dövlətdir. Ölkəmiz müxtəlif beynəlxalq müqavilələrə qoşulmaqla özünün insan hüquqlarına olan münasibətini ortaya qoyur. Amma beynəlxalq təşkilatlar çox vaxt ədalətli qərarlar qəbul etmirlər”. 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.

Onun sözlərinə görə, beynəlxalq təşkilatların qəbul etdikləri qərarlar tərəfli və maraq çərçivəsində olur.

“Azərbaycan müstəqillik əldə etdikdən bu günə qədər Avropa Məhkəmələrinə olunan müraciətdə bir dənə də olsun dövlətin xeyrinə qərar qəbul olunmayıb. Bir müxalifət partiyasının nümayəndəsi ərizə yazan kimi ona reaksiya verirlər. Amma digər şəxs müraciət edirsə, uzadırlar. İnsan insandır, fərq qoymaq olmaz”, – deyə deputat vurğulayıb. 

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …