Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Bir dəfə də biz ermənilərə gözdağı verə bilmərikmi? – ŞƏRH

Bir dəfə də biz ermənilərə gözdağı verə bilmərikmi? – ŞƏRH

“Fransa məhkəməsinin bu ölkənin bəzi şəhər bələdiyyələrinin erməni separatçıları ilə imzaladıqları “sazişləri” ləğv etməsi müsbət hadisə sayılsa da, eyforiyaya qapılmağa da ehtiyac yoxdur”.

Bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

O qeyd edib ki, arxasında erməni lobbisi olan düşmən hiyləgərdir və əks zərbəyə hazırlaşır:

“Məsələn, iyunun 17-də erməni separatçılarının “parlament sədri” Aşot Qulyan Xankəndidə “Arsax-Fransa dostluq qrupunun” iclasını keçirib. Erməni separatçıları Fransa məhkəməsinin qərarına baxmayaraq, Fransadakı dostlarının onlardan imtina etməyəcəklərini bildiriblər. İstisna etmirəm ki, yaxın günlərdə Fransanın daha bir bələdiyyə başçısı Dağlıq Qarabağda peyda olsun. Maraqlıdır ki, bu günlərdə ABŞ-ın məşhur ermənipərəst konqresmeni Frank Pallone təklif edib ki, Amerika rəsmilərinin Dağlıq Qarabağa birbaşa səfərlərinə mane olan qadağa ortadan qaldırılsın.

Beləliklə, erməni separatçıları erməni lobbisi ilə birgə fəaliyyətlərinə ara vermirlər. Ona görə də Azərbaycanın Xarici İşlər Nazirliyi ABŞ və Fransa kimi ölkələrdəki səfirliklərimizlə birgə qabaqlayıcı addımlar atmalı, çalışdıqları ölkələrin rəsmilərini və deputatlarını mümkün yanlışlıqlardan çəkindirməlidirlər.

Bu arada, Dağlıq Qarabağı Ermənistan ərazisi kimi göstərən xəritələrlə mübarizə hələ də nəticə vermir. Bir zəhmət Azərbaycanın XİN-i araşdırsın ki, Rusiyada və digər ölkələrdə bu xəritələr necə hazırlanır və necə olur ki, bu xəritələr təyyarələrdə paylanan dərgilərdə peyda olur? Bir dəfə görmədik ki, Zəngəzuru və ya Göyçəni Azərbaycan ərazisi kimi göstərən xəritələr yayılsın. Bir dəfə də biz ermənilərə gözdağı verə bilmərikmi?”.

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …