Bu gün Bakının Bibiheybət qəsəbəsində jurnalistlər üçün tikilən ikinci binadan mənzil alacaq KİV əməkdaşlarının adları məlum olacaq.
Azinforum.az Modern.az-a istinadən xəbər verir ki, Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu bir azdan siyahını elan edəcək.
Adları açıqlanacaq jurnalistlərə yeni mənzillər sabah – iyulun 20-də təqdim ediləcək.
Ölkə prezidenti adından ümumilikdə KİV əməkdaşlarına 255 mənzil hədiyyə olunacaq.