Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Siyasət / “Bilik test imtahanı ilə ölçülə bilməz” – Mikayıl Cabbarov

“Bilik test imtahanı ilə ölçülə bilməz” – Mikayıl Cabbarov

“Hazırda test imtahanının forması əmək bazarında tələb olunan müasir, uğurlu məzunun bir sıra kompetensiyalarını ölçmək qabiliyyətinə malik deyil”.

Azinforum.az-ın  məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov ANS-in “Hesabat” verilişində deyib.

Təhsil nazirinin sözlərinə görə, test imtahanlarının forma ilə məzmunu bir-birindən fərqləndirilməlidir: “Bu imtahanın əsas üstünlüyü insan faktorundan asılılığın minimal olmasıdır. Qiymətləndirmə prosesi faktiki olaraq insan faktorundan asılı olmayaraq həyata keçirilir və bu, böyük üstünlükdür. Bununla Azərbaycan kontekstində obyektivlik təmin edilir”.

M. Cabbarov bildirib ki, digər tərəfdən imtahanın yığcam olması, bir gün ərzində təhsil proqramının məzmununun qiymətləndirilməsi də üstünlük sayılır, ancaq təbii olaraq gələcəkdə bu sahəyə yenidən baxılmalıdır. Zəruri kompetensiyalar qiymətləndirmədə əks olunmalıdır: “Hazırkı imtahanın forması əmək bazarında tələb olunan müasir, uğurlu məzunun əldə olunması üçün bir sıra kompetensiyaları ölçmür və yaxud ölçmək qabiliyyətinə malik deyil. Nitq, ritorika, yazı vərdişlərini, hər hansı seçim variantları ilə məhdudlaşmayan düşüncə, tənqidi düşünmək tərzini özündə əks etdirən sualların olması daha yaxşı olardı”.

Təhsil naziri vurğulayıb ki, testin daha bir çatışmazlığı məzunun gələcəyinin, taleyinin 3 saatlıq imtahanda həll olunmasıdır: ” Və o imtahan ildə bir dəfə keçirilir. İmtahan verənlərin oxu vərdişləri, yazı, fikri ifadə edə bilmək vərdişləri ilə bağlı imtahan sisteminin tətbiqi istiqamətində TQDK sədri Məleykə Abbaszadə ilə faydalı müzakirələr gedir. Növbəti 2-3 ildə test imtahanının formasında dəyişiklik gözlənilməsə də, sonrakı dövrdə həm forması, həm də məzmunu dəyişilməlidir. 3-4 il ərzində ali təhsil müəssisəsini bitirən tələbənin bilikləri testlə ölçülə bilməz. Onların biliklərinin qiymətləndirilməsi üçün yeni alətlər lazımdır və hazırda yeni qiymətləndirmə standartları ilə bağlı fəaliyyət həyata keçirilir. Burda qorxulu şey yoxdur və həmin standartlar həyata keçirilməlidir. Sadəcə belə bir qərar bir gün ya bir il ərzində qəbul oluna bilməz”.

Həmçinin oxuyun

“Hazırda dünyanı təhdid edən müharibələr” – Dəyirmi masa

“Sağlamlıq Naminə Humanitar Təbabət“ İctimai Birliyinin təşəbbüsü ilə “Hazırda dünyanı təhdid edən müharibələr” mövzusunda dəyirmi …

Bir cavab yazın