Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Beynəxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev nə işlə məşğul olur?- Jurnalistdən etiraz

Beynəxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev nə işlə məşğul olur?- Jurnalistdən etiraz

Hazırda Azərbaycan diplomatik cəbhədə ağır müharibə aparır. Ermənistanla informasiya müharibəsində dövlətimizə min cəbhədən dezotoplarla atəş açırlar.

Belə bir həssas məqamda məni düşündürən isə 2 sual var:

BİRİNCİSİ: şəkildə gördüyünüz şəxs – Beynəxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev nə işlə məşğul olur? Hesablama Palatası təcili şəkildə bu adamı və qurumu yoxlamalıdır. Əlimizdə çox ciddi məlumatlar var. Hər ay tədbir adı ilə pullar silir. F.Şəfiyev 4 ildir rəhbərlik etdiyi bu qurumun büdcəsini darmadağın edib, onun büdcə pullarını hara xərclədiyi aşkara çıxarılmalıdır. Xarici səfərlərə də təkcə özü gedir, iş görmür, bircə təqdir olunası analitik yazısı yoxdur. Qurumda özündən başqa sanki heç kəs yoxdur. İşi-gücü yüksək ranqlı məmurlara yarınmaqdır.

İKİNCİSİ: Azərbaycanda CBC Sport adlı telekanalın nəyə lazım olduğu heç kəsə aydın deyil. Milyonlarla büdcəsi olan bu kanalın reytinqi bərbad durumdadır. SOCAR-dakı kadr dəyişiklikərindən öncə bu kanala böyük pullar ayrılırdı və onun böyük bir hissəsi silinirdi. SOCAR Türkiyənin icraçı direktoru olmuş Zaur Qəhrəmanovun və onun CBC Sporta departament rəhbəri olan dayısının qanunsuz əməlləri barədə şok məlumatlarımız olacaq. Hesablama Palatası həm BMTM, həm də CBC sportda dərhal yoxlamalara başlamalı, bu şəxslərin yediyi milyonların taleyini araşdırmalıdır.

QEYD: Hər iki qurumla bağlı Post TV-də və digər resurslarda əlimdə olan bütün faktları sabah cəmyiyətə təqdim edəcəm.

Samir FEYRUZOV

Həmçinin oxuyun

Təbriz Musayev: “Molla rejimi heç vaxt Ermənistanla bağlı Rusiya, Türkiyə və Azərbaycanla həmrəy mövqedən çıxış etməz” 

“Cənubi Qafqaz ölkələri birgə səylərlə Ermənistanın Qərb təsirinin tramplininə çevrilməsinin qarşısını almaq üçün məsləhətləşmə formatı …