Ana səhifə / Siyasət / Belarus məhkəməsi sabah bloqqer Lapshinin Azərbaycana verilməsinə baxacaq

Belarus məhkəməsi sabah bloqqer Lapshinin Azərbaycana verilməsinə baxacaq

Belarusun Ali məhkəməsi fevralın 7-də rusiyalı bloqqer Alexandr Lapshinin Azərbaycana verilməsi məsələsinə baxacaq.

Bu barədə RİA Novostiyə məhkəmənin sözçüsü Yuliya Lyaskova məlumat verib. Belarusun baş prokurorluğu yanvarda Lapshini Azərbaycana vermək qərarına gəlib.

Minsk şəhər məhkəməsu isə prokurorluğun q ərarını qüvvədə saxlayıb. Müdafiə tərəfi isə Ali məhkəməyə üz tutub.

Lapshin 2016-cı il dekabrın ortalarında Minskdə Azərbaycanın sorğusu ilə saxlanıb.

Səbəb onun Qarabağa dəfələrlə Bakının icazəsi olmadan səfər etməsi, Qarabağı «müstəqil ölkə» adlandırması, Azərbaycandakı rejimi tənqid etməsidir. 40 yaşlı bloqqer həm İsrail, həm də Rusiya vətəndaşıdır. Rusiyanın xarici işlər naziri Sergei Lavrov da bu günlərdə mətbuatla görüşündə A.Lapshin-in ekstradisiyasına imkan verilməyəcəyinə işarə etmişdi. Bu isə İsrailin bloqqeri azad etdirmək ümidlərini artırmışdı.

Əgər Azərbaycana verilsə Lapshin-i orda 8 ilədək həbs cəzası gözləyir.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın