Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / “Belə getsə Səhiyyə və Təhsil Nazirliyinin də istintaq idarəsi olacaq”

“Belə getsə Səhiyyə və Təhsil Nazirliyinin də istintaq idarəsi olacaq”

“Belə getsə, Səhiyyə və Təhsil nazirliklərinin də istintaq idarəsi olacaq”.

Bunu Moderator.az-aaçıqlamasında tanınmış hüquqşünas Əyyub Kərim bildirib.

Əyyub Kərim deyib ki, müxtəlif dövlət qurumlarının ayrıca istintaq idarəsinin olması prosesin keyfiyyətinə ziyan vurur: “Dünyanın bir çox ölkələrində o cümlədən Rusiyada istintaq bir qurum tərəfindən aparılır və bunun faydalı tərəfləri çoxdur. Hər bir nazirliyin, dövlət xitmətinin istintaq aparması bir çox hallarda o qurumların maraqlarına xidmət edir. Tutaq ki, istintaq idarəsində həmin qurumu ifşa edəcək faktlar olsa belə bu gizlədirilir. Vahid istintaq idarəsinin yaradılması isə bu kimi neqativ halların aradan qaldırılması üçün əhəmiyyətli addım olardı”.

Əyyub Kərimin sözlərinə görə, vahid istintaq komitəsinin yaradılması peşəkarların önə çıxmasına şərait yaradacaq, hazırda müxtəlif qurumların istintaq idarələrində çalışan və yüksək tələblərə cavab verməyən  şəxslər isə kənarda qalmalı olacaqlar: “Çingiz Qənizadə ilə bəzi məsələlərdə fikirlərimiz üstə-üstə düşmür. Amma bu məsələdə onunla tam razıyam. Vahid istintaq komitəsinin yaranmasının vaxtı çoxdan çatıb”.

Qeyd edək ki, Milli Məclisin deputatı, hüquq müdafiəçisi Çingiz Qənizadə Milli Təhlükəsizlik Nazirliyi ətrafında baş verən hadisələrdən yazdığı yazısında ölkədə prokurorluğun nəzarəti altında vahid istintaq idarəsinin yaradılması təklifi ilə çıxış edib.

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …

Bir cavab yazın