Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / “Belə bir heykəlin Ermənistanda ucaldılması Ermənistanın terrorçu dövlət olduğuna şübhə yeri qoymur”

“Belə bir heykəlin Ermənistanda ucaldılması Ermənistanın terrorçu dövlət olduğuna şübhə yeri qoymur”

Ermənistanın növbəti  qeyri-etik hərəkəti ortya çıxıb. İşğalçı ölkənin Şirak şəhərində  daşnak-qatil Soqomon Teyliryanın heykəli ucaldılıb və  heykəldə məşhur Türk generalı Tələt Paşa təhqir olunub. Bununla bağlı  sosial şəbəkələrdə aparılan müzakirələrdən məlum olur ki, Ermənistanın Şirak rayonunda Türk generalı Tələt Paşanı qətl edən Soqomon Teyliryanın heykəli ucaldılmışdır.

Heykəlin ayağının altında Talat Paşanın kəsilmiş başı təsvir edilib. Qeyd edək ki, Tələt Paşa 15 mart 1921-ci ildə Berlində Daşnaksütun partiyasının təşkil etdiyi “Nemezis” əməliyyatı çərçivəsində Soqomon Teyliryan adlı erməni terrorçusu tərəfindən qətlə yetirilib. Ələ keçirilən cinayətkar əqli xəstə olması bəhanə göstərilərək məhkəmə tərəfindən sərbəst buraxılıb (3 iyun 1921).

Cinayətkar Soqomon isə məhkəmədə cinayəti şəxsən törətdiyini və bundan peşman olmadığını bildirib:

“Almaniyaya bir məqsəd üçün gəlmişdim: Tələt Paşanı öldürmək. Ailəm 1915-ci ildə ermənilərin köçürülməsi zamanı ölüb, mən təsadüfən sağ qalmışam. O vaxt onu öldürmək üçün and içdim. Bəzi erməni mənşəli vətəndaşlar bu işə görə mənə pul verdi. Uzun müddət Berlində oldum. Bir neçə həftə əvvəl Tələt Paşanın evi ilə üzbəüz binada ev tutub qaldım. Ona rahatlıqla nəzarət edib, vərdişlərini əzbərlədim. Ermənilərin qatili Tələt Paşanın öldüyünü eşidən vətəndaşlarımız rahat nəfəs alacaq və bu uğurumdan dolayı mənimlə fəxr edəcəklər… Məsuliyyəti tam üzərimə götürürəm…”.

3 iyun 1921-ci ildə məhkəmənin münsfilər heyətinin rəhbəri Otto Renke qərarını açıqlayır:

“Şübhəli Solomon Teyliryan 15 Mart 1921-ci ildə Tələt Paşanı qəsdən öldürməkdən günahkar deyil”.

Solomon məhkəmə zalından azadlığa buraxılır.

Tələt Paşanın uzun müddət Berlin müsəlman məzarlığında qalan cənazəsi isə 22 il sonra İstanbula gətirilərək Hürriyət abidəsi yaxınlığında dəfn edilib (25 fevral 1943).

  • Hatəm Cabbarlı: “Xüsusilə də Türkiyə hökuməti məsələ ilə bağlı səssiz qalmamalıdır”

Onu da qeyd edək ki, adıçəkilən heykəl 2015-ci ildə, uydurma və qondarma “erməni soyqırımı”nın yüz illiyində açılıb. Maraqlıdır ki, bu hadisə ilə bağlı ölkəmizdə hər hansı KİV materialı dərc edilməyib. Mövzunu ilk dəfə olaraq siyasi elmlər doktoru Hatəm Cabbarlı öz Feysbuk profilində paylaşıb. Məsələyə tam aydınlıq gətirmək üçün onun özü ilə əlaqə saxladıq. Hatəm  Cabbarlı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu mövzu bir neçə gündür ki, Feysbukun Azərbaycan seqmentində müzakirə edilir: “Söhbət ermənilərin terrorçuya ucaltdığı heykəldən və həmin heykəldə Tələt Paşanın təhqir edilməsindən gedir. Mənim diqqətimi Bəxtiyar Fərəcov adlı bir şəxsin Feysbukda etdiyi paylaşım çəkdi. Həmin paylaşım məhz bu mövzunu əhatə edirdi. Məni çox təəccübləndirdi. Yəni ermənilərin böyük şəhərlərindən birində  vəhşilyi təbliğ edən belə bir abidənin ucaldılması bəşəriyyətə meydan oxumaq anlamına gəlirdi. Daha sonra internet üzərindən axtarış etdikdə buna əmin oldum. Erməni dilini təmiz bildiyim üçün, məhz erməni dilində yazılan materiaları çox araşdırdım. Məlumat təsdqini tapdı.  Erməni mənbələrində tam etiraf olunur ki, ucaldılan heykəl terrorçuya aiddir, onun ayaqlarının altında olan kəsilmiş başın  isə Tələt Paşaya aid olmasına şübhə qalmırdı.  Apardığım araşdırma zamanı mən heykəlin emalatxanada olan variantını da tapdım. Hiss olunur ki, onlar emalatxana variantından fərqli olaraq  heykəlin qoyuluşu zamanı Tələt Paşanın üznün bir qədər tanınmasını istəməyiblər. Sonra isə qondarma soyqırımla bağlı keçirdikləri “yubiley” ə “hədiyyə” kimi 2015-ci ildə ucaldılan heykəli yenidən  orijinal variantına qaytarırlar”.

Ekspertin sözlərinə görə heykəli ucaldılan şəxs Teyliryan Türkiyə vətəndaşı olub: “Qeyd etdiyinə görə ailəsi türklər tərəfindən qətl edilib və buna görə də  qisas almaq üçün Berilnə gedib və orda Tələt Paşaya qarşı terror həyata keçirməyə nail olur. Ona məhkəmədə bəraət verilir. Sonra Serbiyaya köçür. Bir müddət orda yaşadıqdan sonra Meksikaya gedir. Sonra isə ABŞ-ın Sank Fransisko şəhərində ölür. O, bir erməni terrorçusu olub. Ermənistanda həmin şəxsi təbliğ edən ilk hadisə deyil. Mənim bildiyimə görə, onunla bağlı bir neçə kitab yazılıb, hətta sənədli filim də çəkilib. Belə bir heykəlin Ermənistanda ucaldılması Ermənistanın terrorçu dövlət olduğuna şübhə yeri qoymur. Bundan əvvəl onlar Qaregin Njdenin də heykəlini ucaldıblar. Həmin adam da erməni milliyyətçiliyini sistemləşdirən, erməni terrorizmini inkişaf etdirən ideoloq olub. Hətta Ermənistanın özündə belə bəzi dairələr bu cür adamlara heykəl qoyulmasına qarşı çıxıb. Hətta Njdeyə ucaldılan heykələ Rusiya da etiraz etdi. Çünki o Hitlerlə birləşib ruslara qarşı vuruşmuşdu. Bu cür məsələlər geniş ictimailəşməlidir ki,  dünya erməni terrorizminin nəyə qadir olduğunu görsün. Xüsusilə də Türkiyə hökumətin məsələ ilə bağlı səsiz qalmamalıdır. Bununla  bağlı Ermənistandan izahat tələb etməli, hətta heykəlin götürülməsini belə tələb etməlidir. Məlum olur ki, Türkiyə tərəfi indiyə qədər məsələyə reaksiya verməyib. Erməni terrorizmi qurtarmayıb, bu gün də var və dövlət səviyyəsində davam etdirilir”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Həmməruzəçi: “Azərbaycanı AŞPA-da görmək istəyirik, amma…”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Bu barədə …