Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Siyasət / BDU-nun dekanı insult keçirdi

BDU-nun dekanı insult keçirdi

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, professor Şamil Vəliyev insult keçirib. Bu barədə Modern.az-a Şamil Vəliyevin yaxınları məlumat verilib.

Bildirilib ki, ötən gecə dekanın səhhəti pisləşib və təcili olaraq Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib. Məlum olub ki, o, insult keçirib. Xəstəxanadan isə saytımıza bildirilib ki, Şamil Vəliyevin vəziyyəti stabildir.

“Bundan başqa heç bir məlumat verə bilməyəcəyik”.

Qeyd edək ki, professor, filologiya elmləri doktoru, əməkdar jurnalist Şamil Vəliyev 2012-ci ildən Bakı Dövlət Universitetində Jurnalistika fakültəsinin dekanıdır.

Həmçinin oxuyun

“Hazırda dünyanı təhdid edən müharibələr” – Dəyirmi masa

“Sağlamlıq Naminə Humanitar Təbabət“ İctimai Birliyinin təşəbbüsü ilə “Hazırda dünyanı təhdid edən müharibələr” mövzusunda dəyirmi …

Bir cavab yazın