Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / “Baydenin 24 aprel açıqlamasının hüquqi nəticələri yoxdur” – Dövlət Departamenti

“Baydenin 24 aprel açıqlamasının hüquqi nəticələri yoxdur” – Dövlət Departamenti

ABŞ Prezidenti Co Baydenin 1915-ci il hadisələri ilə əlaqədar “soyqırımı” olaraq xarakterizə etdiyi açıqlamanın məqsədi Birləşmiş Ştatların məhkəmələri qarşısında Türkiyənin suveren toxunulmazlığına təsir etmək olmayıb.

Bu barədə ABŞ Dövlət Departamenti açıqlama yayıb.

Baydenin 24 aprel bəyanatının qanuni baxımdan hansı məna daşıya biləcəyi ilə bağlı suala cavab olaraq Dövlət Departamentindən bildirilib: “Prezidentin son açıqlaması “Xarici Dövlətlərinin İmmuniteti haqqına” qanunla tənzimlənən ABŞ məhkəmələri qarşısında Türkiyənin suveren immunitetinə təsir etmək məqsədi daşımayıb”.

Xatırladaq ki, Co Bayden 1915-ci il hadisələri ilə bağlı çıxışında “erməni soyqırımı” ifadəsini işlədib.

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …