Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / “Baxmağa normal veriliş tapa bilmirəm” -MTRŞ sədri

“Baxmağa normal veriliş tapa bilmirəm” -MTRŞ sədri

“Son zamanlar məni narahat edən məsələlərdən biri də televiziyalarda tibbi klinikalarla bağlı verilişlərin artmasıdır”.

Bunu “Report”a açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib.

O bildirib ki, sağlamlıqla bağlı verilişlərdə həddindən çox və eyni xarakterli statistik ifadələr təkrarlanır: “Düzdür, sağlamlıq verilişləri vacibdir.

Amma bu cür proqramlar həddən artıq ifrata varanda öz məqsədinə çatmır, əks effekt yaradır. Çox təəssüf ki, bu məsələdə ifrata varılır”.

Şura sədri qeyd edib ki, günün müəyyən saatlarında televiziya kanallarında eyni formatlı verilişlərin yayımlanması yalnız Azərbaycanda deyil, bütün dünyada mövcud olan sistemdir: “Bizim televiziya kanalları da xarici ölkə TV-lərinə baxırlar və ona uyğun addımlar atmaq istəyirlər.

Televiziyalarda mətbəx verilişləri də həddən artıq çoxdur. Bu mən narahat edir. Amma bu tək bizim ölkəyə deyil, digər ölkələrdə də televiziya aləminə xas olan xüsusiyyətdir. Mən təxminən saat 12:00-dan saat 18:00-dək efirmizdə baxmağa normal bir veriliş tapa bilmirəm. Çünki daha çox mətbəx və sağlamlıqla bağlı verilişləri olur”.

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …

Bir cavab yazın