Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Baş Prokurorluq Əyyub Kərimova xəbərdarlıq edib

Baş Prokurorluq Əyyub Kərimova xəbərdarlıq edib

“Femida.az” internet saytının adından və elektron poçt ünvanından sui-istifadə etməsi ilə bağlı “Femida-007” qəzeti barəsində qanuna müvafiq tədbir görülməsinə dair həmin sayt barəsində daxil olmuş müraciət Baş Prokurorluqda araşdırılıb.

Bu barədə virtdualaz.org saytına Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Araşdırmalar nəticəsində “Femida-007” qəzetinin rəhbərliyi tərəfindən “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası qanununun 28-ci maddəsinin tələblərinin pozulduğu müəyyən edildiyindən qəzetin baş redaktoru Baş Prokurorluğa dəvət edilərək ona “Prokurorluq haqqında” qanunun 22-ci maddəsinə müvafiq qaydada yol verdiyi qanun pozuntusunun aradan qaldırılmayacağı təqdirdə barəsində qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbir görüləcəyi barədə rəsmi xəbərdarlıq edilib. Xatırladaq ki, “Femida-007” qəzetinin baş redaktoru Əyyub Kərimovdur.

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …

Bir cavab yazın