Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Baş nazirimizin 81 yaşı tamam oldu

Baş nazirimizin 81 yaşı tamam oldu

Fevralın 26-da Azərbaycan Respublikasının baş naziri Artur Rasizadənin 81 yaşı tamam olub. 1996-cı ildən Baş nazir postunda əyləşən Artur Rasizadə 20 ildir eyni vəzifədə çalışır. 
Artur Tahir oğlu Rasizadə 26 fevral 1935-ci ildə Gəncə şəhərində anadan olub. 1952-ci ildə Lənkəran şəhər 4 №-li orta məktəbi bitirib.
İş fəaliyyətinə 1957-ci ildə Azərbaycan Sənaye İnstitutunu bitirdikdən sonra əmək fəaliyyətinə Azərbaycan Neft Maşınqayırması ETİ «AzİNMAŞ»-da mühəndis vəzifəsində başlayıb, sonradan böyük mühəndis, layihənin baş mühəndisi, şöbə müdiri, elmi işlər üzrə direktorun müavini vəzifələrində işləyib.
1973-1975-ci illərdə «Azneftsənayemaş» birliyində baş mühəndis, 1975-1977-ci illərdə «İttifaqneftmaş» ЕİB rəisinin birinci müavini-baş mühəndis, 1977-1978-ci illərdə «AzİNMAŞ» Neft maşınqayırması ETİ-nin direktoru olub.
1978-1981-ci illərdə Azərbaycan SSR Dövlət Plan Komitəsi sədrinin müavini, 1981-1986-ci illərdə Azərbaycan KP MK-də maşınqayırma şöbəsinin müdiri, 1986-1992-ci illərdə Azərbaycan Respublikası Nazirlər Soveti Sədrinin birinci müavini (sonradan Azərbaycan Respublikası baş nazirinin birinci müavini) vəzifələrində çalışıb. 1992-1994-ci illərdə İqtisadi Islahatlar Fondunun məsləhətçisi, 1994-cü ildə «DEKA-B» şirkətində məsləhətçi, 1994-1996-cı illərdə İqtisadi İslahatlar Fondunda məsləhətçi vəzifəsində işləyib.
1996-cı ildə Prezident Heydər Əliyev onu Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi təyin edib.
1996-cı ilin may ayından Azərbaycan Respublikası baş nazirinin birinci müavini, elə həmin ildə baş nazir təyin edilib. 2003-cü ilin avqust – noyabr aylarında baş nazir səlahiyyətlərinin İlham Əliyevə verilməsilə əlaqədar Artur Rasizadə hökumət rəhbərinin birinci müavini vəzifəsini icra edib.
2003-cü ilin noyabr ayından yenidən Azərbaycan Respublikasının baş naziri vəzifəsinə qaytarılıb.
Prezident İlham Əliyev 2010-cu ildə baş nazir Artur Rasizadəyə 75 yaşının tamam olması münasibətilə “Şərəf” ordeni verib.
2015-ci ildə Artur Rasizadə  80 illik yubileyilə bağlı ölkə başçısı tərəfindən “Şöhrət” ordeni ilə təltif olunub (Modern.az).

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …

Bir cavab yazın