Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / “Barəmdə vahabi, fətoçu, İsrail agenti ifadələri məhz bu mənbədən tirajlanır” – Deputat

“Barəmdə vahabi, fətoçu, İsrail agenti ifadələri məhz bu mənbədən tirajlanır” – Deputat

“Hər bir yazını paylaşandan az keçmiş kollajlar paylaşılır. Bunlar xüsusu olaraq yaradılmış azərbaycanlılardan ibarət “Qumcuq” qruplarıdır”.

Bunu deputat Fazil Mustafa deyib.

F.Mustafa bildirib ki, bu işdə ən azı 20 nəfər maaş alır: “Bunlar həm də ayrı-ayrı şəbəkələrdə şəxsimlə,  valideynlərimlə bağlı böhtançı, təhqiramiz rəylər tirajlayırlar. Saxta profildən yazılan böhtan və təhqirləri araşdırarkən baxırsan ki, həmin səhifələrə məlum din adamlarının təbliğatı aparılır. Söyüşlə, təhqirlə ictimai rəydə nüfuzunu aşağı salmağı hədəflləyirlər. Maraqlıdır ki, bu qumcuqların əksəriyyəti tipik danabaşlardır. Yuxarıdakı şəklin altındakı ifadəni mənim yazdığım mətndən götürsələr də, öz məqsədlərnə uyğun dəyişiblər. Bu danabaşlarda yaradıcı qafa olmadığından    məntiqsiz cümlə alınıb. Barəmdə vahabi, fətoçu, İsrail agenti ifadələri də məhz bu mənbədən tirajlanır. Bizdəki danabaşları da oradan tapşırıqla bu təbliğata qoşurlar”.

Həmçinin oxuyun

Həmməruzəçi: “Azərbaycanı AŞPA-da görmək istəyirik, amma…”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Bu barədə …