Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Bank Standardın rəsmi rüsumsuz 15%-lik konvertasiya saxtakarlığı…

Bank Standardın rəsmi rüsumsuz 15%-lik konvertasiya saxtakarlığı…

Bildiyiniz kimi, manatın ikinci devalvasiyasından sonra bankların bir çoxu müştərilərinə qarşı saxtakarlığa yol verməyə başlayıblar. Həmin vətəndaşlardan biri də Ceyhun Nəbiyevdir. O bir müddət əvvəl «Bank Standard» tərəfindən məruz qaldığı haqsızlıqla bağlı gundelik-baku.com saytına müraciət edib. Müraciətdə deyilir: «Əziz həmvətənlərim bir neçə gün əvvəl, tam dəqiq desəm, 08.01.2016 tarixində online alış-veriş üçün məşhur xarici saytlardan biri olan «amazon»la 35.07 $ -lıq alış-veriş etdim. Mənim bank hesabım da o qədər pul olmadığı üçün iş yoldaşımdan birinin kartından istifadə etməyi xahiş etdim. Bank hesabı manatla olduğu üçün günün satış kursuna əsasən 1 $ = 1,6147 AZN olmalı halda, hesabdan 56,53 AZN çıxılmalı idi. Amma «Bank Standard»da heç bir rəsmi sms məlumatlandırma, mail vasitəsi ilə və ya saytda xəbər yazmamaqla müştəriləri aldadaraq 15% dəyərində konvertasiya haqqı tutulur. Səhər saatlarında alış-veriş etdim, bank hesabından axşam 20:30 radələrində hesabdan pulun çıxması haqda sms məlumat gəldi. Gecə vaxtı «Bank Standard»dan sürpriz olaraq məbləğin 15% dəyərində heç bir əsas olmadan balansdan 63,09 AZN çıxdılar. Hansı ki, digər banklarda bu faiz dərəcəsi çox az, 0,5%-dir. Gecə olduğu üçün əlaqə saxlayı bilmədim. Ertəsi, yəni şənbə günü işə gəldikdə bununla bağlı ilk əvvəl «Bank Standard»ın saytında yerləşdirilən Online Məsləhətçi bölümündən istifadə etdim. Məlumat mərkəzində Nurlan Haciyev adlı «Bank Standard»ın təmsilçisi məni qarşıladı. Baş ağrıdıcı olsa da, dialoqu sizinlə palyaşıram. Sonadək diqqətlə oxumağınızı xahiş edirəm !

| 09.01.2016 11:15:19 | Nurlan Hajiyev: Salam, buyurun! Necə köməklik edə bilərəm? | 09.01.2016 11:15:33 | Ceyhun Nabiyev: Salam, | 09.01.2016 11:16:13 | Ceyhun Nabiyev: Mən sizin müştərinizəm | 09.01.2016 11:16:27 | Ceyhun Nabiyev: Nurlan bəy mən dünən 08.01.2016 tarixində «amazon» online saytla 35.07$ lıq sifarişim olub. | 09.01.2016 11:17:33 | Ceyhun Nabiyev: Mənim balansımdan 56.53 AZN çıxılmalı idi amma 63.09 azn çıxılıb. Səbəbini bilmək istəyirəm. | 09.01.2016 11:19:14 | Ceyhun Nabiyev: Sizin dünənki kursa görə 1.55 azn olub və üzərinə milli bankın dediyi 4% gəldikdə 1.61 azn olur. | 09.01.2016 11:20:26 | Nurlan Hajiyev: Online konvertasiyalar zamanı artıq 15% konvertasiya haqqı əlavə edilir. | 09.01.2016 11:21:06 | Ceyhun Nabiyev: Mən ilk dəfə deyil ki, bu xidmətdən çox zaman istifadə etmişəm | 09.01.2016 11:21:18 | Ceyhun Nabiyev: Və heç zaman belə hadisə ilə üzləşməmişəm | 09.01.2016 11:23:02 | Nurlan Hajiyev: Aydındır Ceyhun bəy, dünəndən etibarən kartlardan edilən əməliyyatlar zamanı konvertasiya halı baş verdikdə Mərkəzi Bankın məzənnəsi +15 % ( konvertasiya haqqı ) əlavə edilir. | 09.01.2016 11:23:48 | Ceyhun Nabiyev: Niyə imenna dünəndən sonra.mən 5 gün əvvəldə desəydim siz yenə bu cavabı verəcəkdiniz. Sizin saytda harda qeyd olunub ki,əlavə 15% tutulacağı? | 09.01.2016 11:26:04 | Ceyhun Nabiyev: Rəsmi bankstandart.az saytınıza istinadən belə xəbər paylaşmamısınız dünən tarixi üçün. Ən son xəbəriniz “24.11.2015 09:53:00 Milli Ön terminalları vasitəsilə kartınızın balansını 24/7 rejimində dərhal artıra bilərsiniz” budur. | 09.01.2016 11:27:03 | Ceyhun Nabiyev: Sizin Gold kart müştəriniz kimi bunları bildirirəm. | 09.01.2016 11:30:46 | Nurlan Hajiyev: Hal-hazırda dünəndən etibarən +15% konvertasiya haqqı tədbiq edilir, lakin saytda bu barədə məlumat yerləşdirilməyib. Bugün ərzində konvertasiya haqqının 15% qalıb , qalmaması barədə son məlumat bizə təqdim ediləcək. | 09.01.2016 11:31:48 | Ceyhun Nabiyev: Müştəri necə bilsin? Əgər siz rəsmi məlumat yerləşdirməmisinizsə, mən bildiyimə görə rəsmi məlumatdan sonra hərəkət olunmalıdır, istəyə uyğun yox. | 09.01.2016 11:32:30 | Ceyhun Nabiyev: Mən razı deyiləm müştərinin fikri sizin üçün önəmli deyilki bəyəm? Mənim balansımda o qədər pulda olmaya bilərdə onda necə olacaqdı? | 09.01.2016 11:33:55 | Ceyhun Nabiyev: Bəlkə sizin faiziniz 15 deyil 50% olacaqdı onda necə açılayacaqdınız bunu? | 09.01.2016 11:34:53 | Nurlan Hajiyev: Balansınızda pul olmasaydı bu zaman əməliyyat baş tutmayacaqdı təbii ki. | 09.01.2016 11:35:09 | Nurlan Hajiyev: Hal-hazırda 15% olması barədə rəsmi informasiya mövcuddur. | 09.01.2016 11:35:32 | Nurlan Hajiyev: Lakin bu şəkildə qalıb qalmaması barədə az sonra qərar veriləcək. | 09.01.2016 11:35:39 | Ceyhun Nabiyev: Sizin cavablarınız məni qane etmir! | 09.01.2016 11:36:10 | Nurlan Hajiyev: İstərdinizsə nömrənizi qeyd edərdiniz sizinlə əlaqə saxlayaq. | 09.01.2016 11:36:15 | Ceyhun Nabiyev: Mən rəsmi məlumatınızdan əvvəl ödəniş etmişəm və balansımdan xəbərim olmadan artıq pul çıxılır və heç bir məlumat mənə verilmir ! | 09.01.2016 11:36:26 | Ceyhun Nabiyev: +9945550055xx | 09.01.2016 11:38:08 | Ceyhun Nabiyev: Mənim şikayim heç bir məlumat mənə verilmədən, heç bir rəsmi informasiya olunmadan balansımdan artıq pul çıxılır. Səbəb? | 09.01.2016 11:38:45 | Ceyhun Nabiyev: Səbəbi siz izah edə bilmirsiniz. | 09.01.2016 11:39:22 | Nurlan Hajiyev: Biz sizinlə indi əlaqə saxlayırıq Ceyhun bəy. | 09.01.2016 11:48:04 | Ceyhun Nabiyev: Xahiş edirəm yazışmaları elektron ünvana göndərin. Elektron ünvanı qeyd etmişəm. Dialoqdakı kimi «Bank Standard»ın nümayəndəsi rəsmi məlumatın olmadığını qeyd edir və 15% əlavə qeyri rəsmisiz konvertasiya tutulduğunu bildirir. Sonra mənə zəng vurdular, bir daha şikayətimi dedim və qeydiyyata aldılar. Bildirdilər ki, 10 günədək şikayətinizə baxılacaq. Bankın nümayəndəsi Nurlan bəy: Dediyiniz irad düzdür,heç bir rəsmi məlumat qeyd etməmişik. Soruşdum ki, necə təyin etmisiz axı 15 % konvertasiya tutulacağını rəsmi məlumat bildirmədən. Bankın nümayəndəsi Nurlan bəy isə «biz bankın daxilində müzakirələrdən bu qərara gəlmişik» deyə cavab verdi. Suallarımın cavabını telefon dialoqundada tam olaraq almadım. Bu gün 13 yanvar şikayət günündən 5 gün keçib hələ ki, mənimlə əlaqə saxlayan olmayıb. Xahiş edirəm ki, bu məsələni ictimailəşdirin, qoy camaatı aldadanlar cəzalandırılsın». Vətəndaşın başına açılan müsibətlə bağlı «Bank Standard»ın 158 əlaqə nömrəsinə zəng vursaq da, dəstəyi qaldıran olmadı. Ümidvarıq ki, bank rəhbərliyi məsələyə dərhal öz münasibətini bildirəcək və vətəndaş Ceyhun Nəbiyevin üzləşdiyi problem tezliklə həllini tapacaq. Mövzunu diqqətdə saxlayacağıq. (gundelik-baku.com)

 

Həmçinin oxuyun

Ermənistanın balans siyasətində yaşanan ani səhvlərin uzun plandaki fəsadları

Son zamanlarda Ermənistan hakimiyətinin Qərb sevdası və Avro-Atlantik təşkilatlarına üzv olma istəkləri daha çox gündəmə …

Bir cavab yazın