Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / “Bandotdel” Əli Əsədovun “köməkçisini” həbs etdi! – “Köməkçi” dələduz çıxdı!

“Bandotdel” Əli Əsədovun “köməkçisini” həbs etdi! – “Köməkçi” dələduz çıxdı!

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) əməkdaşları bu gün keçirdikləri əməliyyat nəticəsində, özünü müxtəlif şəxslərə Prezidentin iqtisadi məsələlər üzrə müşaviri Əli Əsədovun “köməkçisi” kimi təqdim edən şəxsi yaxalayıblar.

Xatırladaq ki, dünən Strateq.az saytına uzun illər səhiyyə sistemində müxtəlif vəzifələrdə işləmiş, hal-hazırda isə özəl klinikaların birində baş həkimin müavini kimi fəaliyyət göstərən Qasımov Feyzulla Ələkbər oğlu müraciət edərək, özünü prezidentin iqtisadi məsələlər üzrə müşaviri Əli Əsədovun adamı kimi təqdim edən Alim Əlisahib oğlu İbrahimov adlı şəxsdən şikayətçi olduğunu bildirmişdi. Feyzulla Qasımov şikayətində göstərmişdi ki, Alim İbrahimov Əli Əsədovun ailə üzvlərindən birinə verilməsi adıyla onun dostunun qızıl dükanından 16 min 800 manat dəyərində zinət əşyası götürüb və pulunu ödəməyib. Feyzulla Qasımov saytımız vasitəsilə Prezidentin müşaviri Əli Əsədova müraciət edərək, onun adından istifadə edən şəxsin cəzalandırmasını da xahiş etmişdi.

Qeyd edək ki, məsələ ilə bağlı bu gün Strateq.az saytı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini Ehsan Zahidovla əlaqə saxlayaraq, Feyzulla Qasımovun şikayətinin araşdırılıb-araşdırılmayacağına aydınlıq gətirilməsini istəyib.

ehsanzahidov.jpg

Polkovnik Ehsan Zahidov bildirib ki, artıq DİN-in BMCMİ-nin əməkdaşları 70 yaşlı Bakı şəhər sakini Feyzulla Qasımovun şikayəti əsasında həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşa qarşı dələduzluq cinayətini törətmiş 28 yaşlı  Alim Əlisahib oğlu İbrahimovu həbs ediblər və o, ilkin dindirmə zamanı törətdiyi əməli etiraf edib: “Vətəndaş Feyzulla Qasımov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət edərək oğlu Rafaelin tanışı olan Alim adlı şəxsin 2015-ci ilin iyun ayında onların etibardan sui-istifadə edərək, onun zaminliyi ilə dostunun  qızıl dükanından 16 min 800 manat dəyərində zinət əşyası götürdüyünü, lakin indiyədək pulunu ödəmədiyini  bildirmişdi.  Şikayət daxil olduqdan sonra Baş İdarə əməkdaşları əməliyyat keçiriblər və vətəndaşa qarşı dələduzluq cinayətini törədən,  əvvəllər də iki dəfə Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə məhkum olunan 28 yaşlı Alim Əlisahib oğlu İbrahimovu tutublar. O, artıq törətdiyi əməli etiraf edib və dələduzluq yolu ilə götürdüyü zinət əşyasını paytaxtdakı qızıl mağazalarından birinə 4.700 manata satdığını bildirib. Faktla bağlı Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə cinayət işi qaldırılıb, zəruri əməliyyat və istintaq tədbirləri davam etdirilir”.

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …

Bir cavab yazın