Ana səhifə / Siyasət / Bal yarmarkası başlayır

Bal yarmarkası başlayır

Oktyabrın 15-dən noyabrın 15-dək Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Bakı şəhəri, Nobel prospekti 23 ünvanında – “Amay” Ticarət Mərkəzində arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkası keçiriləcək.

Nazirlikdən virtualaz.org saytına verilən məlumatda deyilir ki, yarmarkada yalnız bilavasitə arıçılıq fəaliyyəti ilə məşğul olanlar iştirak edə biləcəklər.

Yarmarkada müəyyən edilmiş keyfiyyət standartlarına cavab verən təbii balın və digər arıçılıq məhsullarının satışına icazə veriləcək.

Arıçı-fermerlər tərəfindən yarmarkaya təqdim ediləcək arıçılıq məhsulları əvvəlcədən müvafiq qaydada zona baytarlıq laboratoriyalarında və Respublika Baytarlıq Laboratoriyasında müayinədən keçirilməlidir. Keyfiyyət göstəriciləri müvafiq laboratoriya tərəfindən təsdiq edilən arıçılıq məhsulları xüsusi nişanlanmış və arıçılıq məhsullarının saxlanılmasına icazə verilən ağzı kip bağlanmış qablarda, akt əsasında, yarmarkanın müvəqqəti saxlanma anbarında yerləşdiriləcək.

Keyfiyyət göstəricilərini təsdiq edən müvafiq sənədi olmayan arıçılıq məhsullarının sərgi-satış yarmarkasında nümayişinə və satışına yol verilməyəcək.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın