Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / “BakuBus” avtobusları yeni marşrutlar üzrə hərəkət edəcək

“BakuBus” avtobusları yeni marşrutlar üzrə hərəkət edəcək

Gələn il “BakuBus” MMC-nin avtobusları 6 yeni marşrut üzrə hərəkət edəcək.

Virtualaz.org-un məlumatına görə, bunu şirkətin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova MMC-nin saytının təqdimatı zamanı deyib.

Onun sözlərinə görə, şirkətin planlarına “BakuBus”un avtobus marşrutları ilə bütün paytaxtı əhatə etmək daxildir: “Əvvəlcə 14 marşrutu işə salmağı planlaşdırırıq. Onlardan 8-i artıq şəhərdə işləyir və əsasən mərkəzi əhatə edir. Gələn il qalan 6 marşrutu işə salmağı planlaşdırırıq”.

N.Allahyarova qeyd edib ki, “BakuBus” şirkətinin marşrutlarının birində yeni 18 metr uzunluğunda avtobus sınaq rejimində işləyir: “Çoxları deyir ki, avtobuslar sınaq rejimində maksimum bir həftə işləməlidir, lakin biz belə hesab etmirik. Avtobus hazırda sınaq rejimində müxtəlif marşrutlar üzrə işləyir. Bakının bütün küçələri belə avtobusların hərəkəti üçün uyğunlaşdırılmayıb, bizim çoxlu dar küçələrimiz var və orada belə avtobus dönə bilməz. Buna görə də belə avtobuslar üçün ən optimal marşrutu nəzərdən keçiririk. Fikrimcə, artıq gələn il bu avtobuslar xəttə çıxacaqlar”.

O, əlavə edib ki, şirkət xətlərdə böyük tutumlu olmaqla az sayda avtobusların istifadə edilməsini prioritet hesab edir.

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …

Bir cavab yazın