Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / Bakının planı budur: Qarabağa yerləşir, sonra… – Baqratyan

Bakının planı budur: Qarabağa yerləşir, sonra… – Baqratyan

Ermənistan Baş naziri Nikol Paşinyanın “Qarabağ Azərbaycanın Konstitusiyasına uyğun həll olunmalıdır” sözlərinin ictimai müzakirəsi davam edir.

Bu barədə keçmiş baş nazir Hrant Baqratyan da proqnozunu verib. O bildirib ki, Ermənistan hakimiyyəti “Qarabağı Azərbaycanın üzərinə atmaq istəyir”, bu isə o deməkdir ki, Qarabağdakı ermənilər heç bir status almayacaq:

“Bir müddətdən sonra Bakı Azərbaycan qanunlarının bütün Qarabağda tətbiqini tələb edəcək. Bəli, rus hərbçiləri orda qalacaq. Azərbaycan qanunvericiliyinin tətbiqindən sonra qaçqınların qayıdışına başlanılacaq, azərbaycanlılar Qarabağa qayıdacaqlar. Sonra azərbaycanlılar Ermənistana da yerləşməyə başlayacaqlar (Ermənistandan 1988-ci ildə qovulan azərbaycanlıların geri qaytarılmasına başlanılacağını nəzərdə tutur – red.), ancaq Bakı və Sumqayıtdan olan ermənilər geri qayıtmayacaq. Beləcə, problem (ermənilər üçün) daha da pisləşəcək”.

Baqratyan Rusiya sülhməramlılarının Qarabağdan çıxmasını da istisna etməyib:

“Türkiyə və Azərbaycan Qarabağ məsələsini qısa müddətdə həll etmək istəyir. Bu, Rusiyanın diqqətinin hazırda daha çox Ukraynaya yönəlməsi ilə bağlıdır”.

Keçmiş baş nazir onu da xatırladıb ki, Rusiyada Ermənistanla bağlı “təhrif olunmuş rəy” (Ermənistanın Rusiyaya xəyanət etməsi – red.) formalaşıb:

“Ermənistana qarşı təkcə Dövlət Dumasının bəzi deputatları deyil, o cümlədən XİN, hətta Prezident Putinin mətbuat katibi də mənfi fikirdədir”./Konkret.az

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …