Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Siyasət / Bakının bu ərazilərində pulsuz “Wi-Fi” olacaq

Bakının bu ərazilərində pulsuz “Wi-Fi” olacaq

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyi “İctimai Wi-Fi” layihəsinin icrasına başlayıb.
Bu barədə nazirliyin 9 ayın yekunlarına həsr olunmuş kollegiya iclasında Rabitə və yüksək texnologiyalar nazirinin müavini Əli Abdullayev deyib.
Onun sözlərinə görə, ilkin mərhələdə internet şəbəkəsinə pulsuz çıxış Bakının Fəvvarələr meydanı və Dənizkənarı Milli Parkda mümkün olacaq.
Simsiz internet İçərişəhər qoruğu və Dövlər Bayrağı Meydanının ərazilərini də əhatə edəcək.(Teleqraf.com)

Həmçinin oxuyun

“Putin Ukraynada qalib gələrsə, bu Azərbaycana da təhlükə törədə bilər”

“Qafqazda bizim bir neçə vacib tərəfdaşlarımız var, buna görə də bu region NATO üçün çox …

Bir cavab yazın