Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Bakının bəzi yollarında sürət həddi aşağı endirildi

Bakının bəzi yollarında sürət həddi aşağı endirildi

Yağmurlu hava şəraiti ilə əlaqədar olaraq Bakıda iki avtomobil yolunda sürət həddi aşağı salınıb.

Virtualaz.org Nəqliyyatın İntelektual İdarəetmə Mərkəzinə istinadən bildirir ki, hava şəraiti ilə bağlı olaraq Böyükşor-Hava limanı istiqamətində avtomobil yolunda sürət həddi iki zolaqda 120 km/saatdan 100 km/saata, bir zolaqda 100 km/saatdan 80 km/saata, axırıncı zolaqda isə 80 km/saatdan 60 km/saata endirilib.

Eyni zamanda Zığ dairəsi – Hava limanı avtomobil yolunda isə sürət birinci zolaqda 120 km/saatdan 100 km/saata, ikinci zolaqda 100 km/saatdan 80 km/saata, üçüncü zolaqda isə 80 mk/saatdan 60 km/saata qədər azaldılıb.

Hava şəraiti normallaşan kimi sürət həddi yenidən bərpa olunacaq.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın