Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Bakının 3 rayonunun rəhbəri təcili dəyişdirilir – Bu günlərdə Bakı meri də müəyyən olunacaq

Bakının 3 rayonunun rəhbəri təcili dəyişdirilir – Bu günlərdə Bakı meri də müəyyən olunacaq

Dia.AZ: – Paytaxt Bakının 3 rayonun rəhbərliyi yaxın günlərdə dəyişdiriləcək. Bu sözləri DİA.AZ-a gözlənilən kadr islahatları ilə bağlı müzakiərləri şərh edən Nazirlər Kabinetindəki qaynaq bildirib.

Mənbə iddia edir ki, yaxın vaxtlarda Bakının – Qaradağ, Xətai və Xəzər RİH başçıları tutduqları vəzifələrindən alınacaq. Mənbənin dia.az-a söylədikləri:

“Eyni zamanda Bakıya yeni mer də təyin olunacaq. Təbii ki, vəzifəsini itirəcək icra başçılarının heç biri Hacıbala Abutalıbovun yerinə gətirilməyəcək. Tamam fərqli idarəçiliyin nümayəndəsi Bakı meri olacaq. Təyinat zamanı bunu görəcəyik. Artıq qızğın müzakirələr gedir”.

Mənbə çıxarılacaq icra başçılarının yerinə də gənc kadrların gətiriləcəyini istisna etmir: “Artıq prinsiplər dəyişdiyindən hər bir yeniliyə şahidlik edə bilərik”.

 

 

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …