Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / “Bakıda yaşayan ermənilərlə heç bir konflikt yoxdur”- PA rəsmisi

“Bakıda yaşayan ermənilərlə heç bir konflikt yoxdur”- PA rəsmisi

“Ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırım siyasəti bizim milli-mədəni və tarixi abidələri də əhatə edib. Qarabağda olan Azərbaycan məscidləri ermənilər tərəfindən dağıdılıb”.
Bunu Prezident Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin böyük məsləhətçisi Ceyhun Məmmədov deyib.

C.Məmmədov bildirib ki, bu, ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımın miqyasını və mahiyyətini göstərir: “Ermənistandan fərqli olaraq bu gün Bakının mərkəzində erməni kilsəsi fəaliyyət göstərir və dövlət tərəfindən qorunub saxlanılır. Bakıda çox sayda erməni yaşayır və onlar arasında heç bir konflikt yoxdur. Qardaş Türkiyədə də çox sayda erməni kilsəsi fəaliyyət göstərir və qorunur”. (AzVision.az)

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …