Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Bakıda vəzifəli polis əməkdaşına töhmət verildi

Bakıda vəzifəli polis əməkdaşına töhmət verildi

Bakıdakı polis idarələrindən birinin vəzifəli əməkdaşı cəzalandırılıb.

“Report” xəbər verir ki, Xəzər Rayon Polis İdarəsi (RPİ) İstintaq Şöbəsinin rəisi, polis mayoru Erol Əliyevə işində yol verdiyi nöqsanlara görə töhmət verilib.

Belə ki, araşdırmalar zamanı Xəzər RPİ-nin İstintaq Şöbəsində aparılan cinayət işlərinin istintaqı zamanı təqsirləndirilən şəxslərin hüquqularının pozulduğu, istintaq hərəkətlərinin icrası zamanı qanun pozuntularına yol verildiyi məlum olub.

Qeyd edək ki, E.Əliyev Xətai rayon prokuroru Yusif İldırımzadənin bacısı oğludur.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın