Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Bakıda üzərində PKK-nın bayrağı və “Kürdüstan” xəritəsi olan hərbi geyimlər satılır – FOTO

Bakıda üzərində PKK-nın bayrağı və “Kürdüstan” xəritəsi olan hərbi geyimlər satılır – FOTO

Bakıda Sədərək Ticarət Mərkəzində üzərində “Kürdüstan”ın xəritəsi və PKK terror təşkilatının bayrağı əks olunan maykalar satılır.
Azinforum.az avropa.info-ya istinadən xəbər verir ki, etiketlərində Türkiyədə istehsal olunduğu qeyd edilən maykalar hərbi geyim formasında tikilib. Ehtimal olunur ki, bu maykalar ya Türkiyədə kustar üsullarla istehsal olunub, ya da başqa bir yerdə tikilərək üstünə Türkiyə etiketləri vurulub. Bu maykaların hansı yolla Azərbaycana gətirildiyi bilinmir.
Üzərində “Böyük Kürdüstan” yazılan bu geyimlərdəki xəritədə Türkiyə, İraq, Suriya və İranın bir hissəsinə iddia edilir.

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …

Bir cavab yazın