Ana səhifə / Siyasət / Bakıda qanlı döyüş meydanı: bir biznesmen digərini sifariş etdi

Bakıda qanlı döyüş meydanı: bir biznesmen digərini sifariş etdi

Sahibkar Azadxan Xanməmmədov bu il iyunun əvvəlində “Safastore” supermarketində baş vermiş hadisə nəticəsində “Riyad” mühafizə firmasının idmançılar qrupu ilə birlikdə həbs edilib.

Sahibkarların və bir neçə insanın tutulması cəmiyyətdə böyük rezonans doğurub.

Sahibkarın mətbuat konfransına toplaşmış dostları və qohumları iddia ediblər ki, Azadxan Xanməmmədov başqa biznesmenin – Xaliq Faiqoğlu MMC-nin sahibi Faiq Seyidovun böhtanlı xəbərçiliyinə görə həbs edilib.

Dustağın tərəfdarları jurnalistlərə danışıblar ki, Faiq Seyidov Azadxan Xanməmmədova aid olan 2100 kv.metrlik bir neçə obyekt sahəsini qanunsuz zəbt edib və onları, icarə haqqını ödəməkdən imtina edərək, beş il ərzində işlədib.

Elə ki mülkün sahibi Xanməmmədov şikayətlə müvafiq orqanlara müraciət edib, Seyidov onun ailəsini hədələməyə başlayıb. Bununla belə, Xanməmmədov məhkəmədə iddia qaldırıb və tələb edib ki, Seyidov qanunsuz zəbt etdiyi dörd obyekti azad etsin. Bundan xəbər tutan Faiq Seyidov qarşı tərəfi təxribatlarla hədələyib ki, həmin obyektlərdə işləyən insanlar zərər çəkə bilərlər. Və buna görə mülkün hüquqi sahibi olduğu üçün Azadxan Xanməmmədovu həbs edəcəklər.

A.Xanməmmədovun öz obyektlərinin mühafizəsi üçün “Riyad” mühafizə firması ilə müqavilə bağlamaqdan başqa yolu qalmayıb. Müqavilə mümkün provokasiyaların qarşısını almaq məqsədi ilə və tamamilə qanuni əsaslarda tərtib edilib.

Faiq Seyidov

Elə ki, “Riyad” firmasının əməkdaşları ərazinin mühafizəsinə start veriblər, Faiq Seyidovun adamları onları münaqişəyə çəkməyə başlayıblar. Və toqquşma olub.

Kütləvi davadan sonra Faiq Seyidov Azadxan Xanməmmədovun qanunsuz həbsinə nail olmağı bacarıb, hansı ki, hadisədə heç iştirak etməyib. Sahibkarın günahı yalnız onda olub ki, o öz obyektlərini qorumaq üçün işə mühafizəçilər götürüb.

Həbs edilmiş sahibkarın ailəsi ümid edir ki, bu iş üzrə istintaq şəffaf və qərəzsiz olacaq. Ancaq Seyidov həbsdə olan biznesmenin ailəsini hədələməyə davam edir, artıq tutulmuş obyektləri ona rəsmi qaydada istifadəyə verməyi tələb edir və bildirir ki, əks təqdirdə onların qohumu Azadxan Xanməmmədova qarşı daha ağır ittihamlar irəli sürüləcək.

Mətbuat konfransında mühafizə firması “Riyad”ın rəsmi mövqeyi təqdim edilib. Şirkət rəhbərliyi iddia edir ki, Xanməmmədovun obyektlərini qorumuş insanlar bıçaqlarla onların üstünə hücumdan yalnız qorunublar.

“Riyad” əməkdaşları həm də daha əvvəl KİV-də onların polis əməkdaşlarına güc tətbiq etdikləri barədə yazılanları inkar ediblər.

Mətbuat konfransında həmçinin qeyd edilib ki, münaqişənin Seyidov tərəfi hadisənin videokameralardakı yazısını gizlədir, hansılar ki, Azadxan Xanməmmədovun günahsızlığını birmənalı sübut edə bilər.

Bütün çıxış edənlər Azadxan Xanməmmədovun tutulmasının sifarişli xarakterində təkid ediblər. Amma verilən bütün apelyasiyalara baxmayaraq, həbs haqqında qərar dəyişdirilməyib.

Azadxan Xanməmmədovun qohumları deyirlər ki, onun ürəyi xəstədir, artıq stend qoyulması üzrə əməliyyat keçirib və ixtisaslaşdırılmış həkim köməyinin yoxluğu onun sağlamlığına pis təsir edir. Vəkilləri onun barəsində ev dustaqlığı qətimkan tədbirinin çeçilməsində təkid edirlər və inandırırlar ki, bu heç vaxt istintaqın gedişinə təsir etməyəcək.

Biznesmenin qohumları ölkə rəhbərliyinə müraciət edərək bu işi şəxsi nəzarətə götürməsini və araşdırmanın qərəzsiz aparılmasının təmin edilməsini xahiş edirlər.

virtualaz.org

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın