Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Bakıda Novruz tonqalı “Formula 1” trekini korladı

Bakıda Novruz tonqalı “Formula 1” trekini korladı

Bakıda Novruz bayramı ərəfəsində Qoşa Qala qapısı ətrafında keçirilən tədbirlər “Formula 1” trekinə müəyyən təhlükə yaradıb.

Musavat.com xəbər verir ki, bunu Formula 1-in tikinti işləri üzrə rəhbəri Tom Butçer deyib: “Bayram şənlikləri zamanı trekin Qoşa Qala qapısının yanından keçən hissəsində tonqal qalanmışdı. Burada tonqal qalanacağını nəzərə almamışdıq. Hər birimiz, o cümlədən Bakı sakinləri “Formula 1″ trekini yarışa hazır vəziyyətdə saxlamalıyıq”.

O həmçinin bildirib ki, yarışla bağlı tikinti işlərinə artıq start verilib: “Biz tikinti işlərini şəhər sakinlərinə və qonaqlara maneçilik törətmədən aparmağa çalışırıq. Artıq tribunaların quraşdırılmasına başlanılıb. Hazırda “Abşeron” və “Xəzər” tribunaları quraşdırılır, eləcə də digər tribunaların quraşdırılması davam etdirilir”.

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …

Bir cavab yazın