Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / Bakıda mülkiyyətçi hakimindən şikayət edir – Hakimdən heyrətamiz qərar

Bakıda mülkiyyətçi hakimindən şikayət edir – Hakimdən heyrətamiz qərar

Azərbaycan Respublikasının Ədliyyə Naziri cənab Fikrət Məmmədova!

Saytımıza müraciət edən şikayətçi İlham Kazımov bildirib ki, min bir əziyyətlə aldığı mülkiyyət onun əlindən qanunsuz alınır. Onu məhkəməyə verən şirkətlə də bağlı hər iki tərəf barışıq etsə də, Bakı Apellyasiya Məhkəməsinin hakimi Cahangir Yusifov heç bir səbəb göstərmədən birinci instansiya məhkəməsinin hökmünü dəyişdirmədən saxlayır.

O, şikayətində qeyd edir ki, aldığı mülkiyyət 2000-ci ildə Gülzar İbrahimova aldı qadının olub: “ Mülkiyyətin Gülzarın adına olması ilə bağlı şəhadətnamə var. Gülzar İbrahimova həmin mülkiyyəti yəni torpaq sahəsini 2004-cü ildə Rəşad İbrahimova satıb. Rəşad İbrahimov da 2004-cü il tarixində həmin torpaq sahəsinə torpaqın mülkiyyətə verilməsinə dair şəhadətnamə alıb. Burdan görünür ki, Gülzar İbrahimova mülkiyyət bağlı bütün hüquqlarını Rəşada verib. Eyni zamanda İbrahimov Rəşad Ufad oğlu da 2004-cü ildə aldığı həmin torpaq sahəsini 2016-cı il tarixində Kazımov İlham Davud oğluna bağışlayıb”.

İlham Kazımov qeyd edir ki, həmin bağışlama zamanı da sərəncamın ləğvi ilə Rəşad İbrahimovun məlumatı olmayıb: “Belə olduğu halda nümayəndəsi olduğum şəxs İlham Kazımovun hüquqları pozulub. Bundan sonra biz 1 saylı İnzibati İqtisadi Məhkəməsinin qərarından apellyasiya şikayəti verdik. Həmin Apellyasiya şikayəti hakim Cahangir Yusifovun icraatına verildi. Cahangir Yusifov da işi araşdırdı. Hakim Cahangir Yusifov birinci instansiya məhkəməsinin qərarının qanunları pozulmasıyla qəbul edilməsini gördü. Lakin obyektiv qərar qəbul edilməsinə kənar qüvvələr tərəfindən təsirlər olmuşdur. Bunu məhkəmə gedişi zamanı da açıq aşkar görmüşdük. Hakim Cahangir Yusifov işə obyektiv qiymət vermək istəmir. İddiaçı tərəf “İki Sahil” KM-nin nümayəndəsi “İddianı geri götürmək” barədə ərizə ilə məhkəməyə müraciət etdi. Lakin hakim Cahangir Yusifov yekun qərar qəbul etmədi. Cahangir Yusifov isə ərizəni bizdən gizlədərək heç bir məlumat vermədi. İddianı geri götürmək barədə qərardad qəbul etməyərək ərizəni baxılmamış saxladı”.

Mülkiyyətçi bildirir ki, məhkəmə dövründə iddiaçı və və apellyasiya şikayəti verən şəxslər hamılıqla tərəflərin barışdığını elan edərək məhkəmədən vaxt istəyib:

“Məhkəmə bunu da qəbul etmədi. Tez vaxtda müşavirəyə gedərək, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlandığını elan etdi”.

Şikayətçinin sözlərinə görə, iddiaçı tərəf artıq “İddiadan imtina etməsi barədə” ərizə ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib: “İyunun 1-də həmin işə baxılacaq. Həmin ərizəyə də hakim Cahangir Yusifov tərəfindən baxılacaqdır. Hakim Cahangir Yusifovun nəzərinə çatdırırıq ki, 3-cü şəxslər olaraq iddiadan imtina olunmasına etiraz etmirik və bu bizim hüquqlarımıza toxunmur. İnzibati Prosessual Məcəllənin 55-1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina edə bilər. Həmin Məcəllənin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtin a etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xiram verilməsi barədə qərardad qəbul edir”.

Azinforum.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq…

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …

Bir cavab yazın